“Əzizimə son vəfa borcumu necə ödəyim?" - Yasda ehsan ləğv olunacaq, yoxsa...
09-09-2025 [11:03]
Son vaxtlar kəndlər və rayonlarda yas yerlərində çay və halva istisna olmaqla, ehsan verilməsi kütləvi şəkildə ləğv olunur. Bu qaydadan sonra isə həmin ərazidə dünyasını dəyişən heç kimə ehsan verilmir. Lakin sözügedən addım çoxları tərəfindən müsbət qarşılanmır. İnsanlar bildirirlər ki, hüzür yerlərinə yemək üçün getməsələr belə, uzaq yoldan gələndə acırlar, yaxud bu səbəbdən iştirak etmirlər.
Hətta bəziləri deyir ki, yasa gedən şəxsləri nəzərə alaraq, ehsan verilib-verilməməsi ailənin şəxsi seçiminə buraxılmalıdır. Bölgədə ləğv olunub deyə, hər kəs bu qayda ilə getməməlidir. Bir tərəfdən israfçılığın qarşısı alınır, digər tərəfdən isə illərlə formalaşmış ənənələrin birdən-birə qadağan olunması suallar doğurur. İnsanlar indi həm də mənəvi tərəddüd yaşayır: “Əzizimə son vəfa borcumu necə ödəyim? Ənənəyə sadiq qalaraq ehsan verimmi, yoxsa yeni qaydaya boyun əyimmi?”
Bu barədə ehtimallar çoxdur, kimlər razı, kimlər narazıdır.
Mia.az-ın məlumatına görə, ilahiyyatçı Ağa Hacıbəyli məsələ ilə bağlı Lent.az-a açıqlamasında bildirib ki, İslam dinində yasda yemək verilməsi, ziyafət açılması ilə bağlı göstərişlər yoxdur:
“Son zamanlar ölkəmizdə aparılan təbliğatın nəticəsində bir çox bölgələrdə yas zamanı verilən ehsanlarda məhdudlaşmalar oldu. Hətta bəzi ərazilərdə ümumiyyətlə ehsan verilməsi tamamilə dayandırıldı. Bununla yanaşı ehsan verilən rayonlar, kəndlər, eləcə də şəhərlər az deyil.
Ehsanların sadəcə maddiyyatla əlaqələndirilməsi doğru yanaşma deyil. Peyğəmbərimizin bir hədisində vurğulnır ki, İslam dinində ehsan “Allaha elə ibadət etməkdir ki, sanki onu görürsən: əgər sən onu görməsən də, O səni görür”, mənasını daşıyır. Lakin burada önəmli olan yasa Allah rızasını qazanmaq üçün getməkdir. Oraya yemək üçün gəlməyin vəfat edən şəxsin ruhuna zərrə qədər köməyi yoxdur. Ehsan əsasən fəqirə, yoxsula, ehtiyacı olan insanlara verilir. Yas düşən evdəki sakinlər yemək adında ehsan vermək istəyirsə, bu, onun şəxsi işidir. Onu imkasız insanlara, kimsəsizlərə, fəqirlərə aparıb, verə bilər.
Hüzünü, dərdi olan insana başsağlığı vermək üçün gedib, oturanda 1 stəkan çay içmək, halva yemək normal haldır, amma yeməklərin verilməsi, ziyafətlərin açılması İslam dinində yoxdur. Məhəmməd peyğəmbər hələ əsrlər əvvəl əshabına deyirmiş ki, kiminsə evində yas düşübsə, evinizdən onlara yemək aparın.
Yas yerlərinə uzaq məsafədən qonaqlar, yaxud imkanlı şəxslər gəlib, iştirak edə bilərlər, amma əsas məsələ onlara yemək vermək deyil. Bu cür məclislərdə daha çox quran oxunmalı, insanlar maariflənməlidir. Yaslarda qarın doyurmaq yox, qəlblərin, ruhların doymasına ehtiyac var”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb