ADSEA-da İctimai Şura niyə yaradılmayıb?
07-09-2025 [15:19]
2014-cü il iyunun 1-də Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib.
Mia.az Aznews.az-a istinadla xəbər verir ki, qanunda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında məşvərətçi qurum - İctimai Şuraların yaradılması imperativ norma kimi əks olunub.
Başqa sözlə, bu, o deməkdir ki, hər bir mərkəzi icra hakimiyyəti orqanının yanında İctimai Şura yaradılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) mərkəzi icra hakimiyyəti orqanıdır. Deməli, qanunla onun yanında İctimai Şuranın yaradılması məcburidir. Amma ADSEA yanında İctimai Şura varmı? Yoxdur! Bu, ADSEA rəhbərliyinin birbaşa qanunun tələblərini pozması mənasına gəlmirmi?
İctimai Şuralar müxtəlif dövlət qurumlarının yanında artıq uzun illərdir ki, fəaliyyət göstərir. İctimai Şuralardan cəmiyyətin gözləntiləri tam şəkildə özünü doğrultmasa da, ortada xeyli müsbət nümunə və uğurlu fəaliyyət örnəkləri var. Zaur Mikayılovun sözügedən qanun kimi, bu cür nümunələrə də göz yumması "İctimai iştırakçılıq haqqında" qanunun tam şəkildə işləməsini təşviq edən vətəndaş cəmiyyəti nümayəndələrində haqlı etiraz doğurur. ADSEA-da aparılan kadr siyasəti, yaxınlıq və şəxsi münasibətlər əsasında verilən təyinatlar barədə mediada yayımlanmış çoxsaylı məlumatları nəzərə alanda, İctimai Şuranın yaradılmaması ilə vətəndaş iştirakçılığına etinasız yanaşılması çox da təəccüblü görünmür.
ADSEA-nın timsalında sözügedən qanuna məhəl qoyulmaması isə ona gətirib çıxarır ki:
Xüsusi olaraq xatırlatmaq lazımdır ki, mediada ADSEA və onun fəaliyyəti barədə çoxsaylı tənqidi materiallar dərc olunub. Lakin qurum ünvanlanan tənqidlərin əksəriyyətini cavablandırmır, həmçinin jurnalistlərin informasiya sorğularına cavab verilmədiyinə dair şikayətlər də mövcuddur. Bu isə həm Konstitusiyanın, həm də müvafiq qanunların təmin etdiyi jurnalist hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Eləcə də xatırlatmaq yerinə düşər ki, “İctimai iştirakçılıq haqqında” qanunun pozulması hüquqi məsuliyyət yaradan haldır.
Lakin ADSEA-nın yanında İctimai Şuranın yaradılmamasını sıradan bir qanun pozuntusu hesab etmək də olmaz. Bu, həm də dövlətin və dövlət başçısının ali siyasətindən yayınmaq barədə rəy doğurur. Dövlət büdcəsindən külli miqdarda vəsait alan bu qurumun necə işlədiyi, hansı layihələrə nə qədər pul sərf etdiyi barədə ictimaiyyətin məlumat alma imkanları qapalıdır. Su ehtiyatları əhalinin sağlamlığı, kənd təsərrüfatı və ekoloji tarazlıq üçün həyati əhəmiyyət daşıyır. Məlum məsələdir ki, ictimai nəzarət mexanizmi olmayanda korrupsiya riskləri artır, hesabatlılıq zəifləyir, vətəndaşların qanuni maraqları tapdanır. Bu baxımdan, ADSEA rəhbərliyinin İctimai Şura yaratmaması, əslində, demokratik institutlara hörmətsizlik və ictimai etimadın qəsdən zədələnməsi kimi qiymətləndirilə bilər.
Bütün bunlara baxmayaraq, Zaur Mikayılovu tərifləmək istəyənlər bəzən onu “islahatçı məmur” kimi təqdim edirlər. Əgər bir rəhbər qanunun ən sadə və açıq tələblərindən yayınırsa, ictimai nəzarətdən çəkinirsə və şəffaf idarəetməni təmin etmirsə, onu “islahatçı” adlandırmaq hansı məntiqə sığır?
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu saytda gedən xəbərə belə izahat verib: "ADSEA yanında yeni İctimai Şuranın yaradılması istiqamətində prosedur işlər aparılır. İcrimai Şuraların varlığı qurumun şəffaf fəaliyyətinə dəstəkdir. Heç bir qurum özünü bu dəstəkdən məhrum etməz.
Başqa tərəfdən ADSEA ictimaiyyətə tam açıq qurumdur və QHT-lər və media ilə qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir".
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb