“Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar” - Şərurlu İsfəndiyar
04-09-2025 [15:44]
Xəbər verdiyimiz kimi bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə növbəti məhkəmə prosesi baş tutub. Aylardır davam edən iş üzrə növbəti prosesdə məlum olub ki, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") vəkili iştirak etmir. Bu səbəbdən məhkəmə iclası sentyabrın 18-nə kimi təxirə salınıb.
Mia.az xəbər verir ki, Musavat.com əməkdaşı "Şərurlu İsfəndiyar"dan məhkəmənin gedişatı ilə bağlı fikirlərini öyrənib.
İş adamı ona qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə özünü günahkar bilmədiyini açıqlayıb.
-Xüsusi ittihamçı Emil Səməndərovla sülh yolu ilə razılaşma ehtimalı nəzərdən keçirirsiz?
-Hazırda məhkəmə gedir. Mən barışıq təklif etməmişəm, ümumiyyətlə, barışıq söhbəti də olmayıb.
-Emil Səməndərovu xüsusi ittihamla çıxış etməsinə əsas olan ifadəni nə əsasla işlətmisiniz? Bu ifadənin faktiki əsası varmı?
-Məsələ belədir ki, qarşı tərəf haqqında jurnalist məndən müsahibə almışdı. Mövzu həmin şəxsin tikinti şirkətində çalışdığı müddətdə insanların pulunu mənimsəməsi ilə bağlı idi. İddia edirlər ki, mən müsahibədə onu dələduz adlandırmışam. Lakin belə bir hal baş verməyib. Bunu özləri də yaxşı bilirlər. Məhkəmədə çıxışım zamanı “dələduz” sözünü işlətmədiyimi qeyd etmişəm.
-Vəkillərinizin məhkəmə prosesinə gəlməməsinin səbəbi nədir? Bu, müdafiə strategiyanızın bir hissəsidir?
-Məhkəmə prosesində vəkilim xəstəliyi ilə əlaqəli iştirak etməyib. Bu prosesdə mənim 1 vəkilim var, o da xəstə olduğuna görə məhkəmədə iştirak edə bilməyib.
-Xüsusi ittiham təsdiqini tapsa, sizin barənizdə hətta həbs cəzası çıxarılacağını bilirsiniz?
-Mən özümü günahkar hesab etmirəm. Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar. Məni isə dəfələrlə məhkəməyə çağırırlar. Nə istəyirlərsə etsinlər, əllərindən gələni etsinlər. Həbsə belə hazıram, artıq bezmişəm.
“Şərurlu İsfəndiyar” Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham olunmasını əsassız hesab etdiyini bildirib. Xüsusi ittihamçı Emil Səməndərov isə qeyd olunan maddələr üzrə onun təqsirli bilinməsini, cəzalandırılmasını tələb edir.
Xatırladaq ki, bu gün keçirilən prosesdə iş üzrə təyin edilmiş linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirilib. Ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb