“Neftçi” niyə “Qarabağ”ı təbrik etsin ki?
29-08-2025 [09:18]
“Qarabağ” Futbol Klubunun (FK) UEFA Çempionlar Liqasının (ÇL) növbəti mərhələsindəki rəqibləri bəlli olub.
Mia.az xəbər verir ki, Ağdam klubu 8 oyundan 4-nü səfərdə, 4-nü isə evdə keçirəcək.
Avqustun 30-da oyunların tam cədvəli açıqlanacaq. Turun ilk mərhələsi sentyabrın 16-18-də, ikinci mərhələ oyunları isə 2026-cı ilin yanvarında olacaq.
Ev oyunları üçün “Qarabağ”a yenə T.Bəhramov adına Respublika stadionu ayrılacaq. Bunu klubun idarə heyətinin sədri Emrah Çelikel bildirib. Böyük tamaşaçı ajiotajının olduğunu nəzərə alsaq, daha çox Olimpiya stadionu münasib ola bilərdi. Lakin E.Çelikelin bildirdiyinə görə, Olimpiya stadionunda çoxdandı, yarışlar keçirilmir, ot ortüyü ilə bağlı vəziyyət bəlli deyil və orada ÇL-in yarışlarına qədər yenilik etməyə vaxt yoxdu.
“Qarabağ”ın rəqibləri arasında ona “tanış” yalnız “Ajaks”dı. Rəqiblər arasında “dişli” komanda “Liverpul” hesab olunur və bu oyunu “Qarabağ” səfərdə keçirəcək. Xal alması çətindi. Amma digər komandalardan xal götürməsində problem olmamalıdı əslində. Hücumçu transferi ilə bağlı qapıları hələ tam bağlamayan baş məşqçi Qurban Qurbanov bu qısa zamanda icarəyə də futbolçu gətirdə bilər. E.Çelikelin bir sözü də maraqlı gəldi mənə. Biz “Qarabağ”ın oyununda hansı nəticənin olacağını sadəcə, təxmin etdiyimiz və qələbədən sonrakı mərhələdə qısa müddətdə planlamanın çətin olacağını düşündüyümüz halda, Çelikel “Hər şey hazırdı, oyunun bitməsini gözləyirdik ki, start verək”, - deyərək bəzi qaranlıq suallara meydan açdı.
Bu arada, “Qarabağ” büdcəsini zənginləşdirib. Bundan sonrakı oyunlarda da hər qələbəyə görə 3 milyona yaxın bonus qazanacaq. Hazırda büdcəsinə görə sıralamada birinci yerdə olan “Qarabağ” son hesablamalara görə, 54 milyon manat büdcəyə sahibdi. Bu büdcə ilə Ağdam təmsilçiləri artıq dünya miqyasında “Atletiko Bilbao” (İspaniya), “MOİK Moskva” (Rusiya), “Şeffild Yunayted” (İngiltərə), “Portu” (Portuqaliya) ilə yanaşı dayanır.
Bundan başqa, “Qarabağ”ın ÇL-da mərhələ adlamasından Azərbaycan premyer liqasında olan klublar da faydalana biləcək. UEFA qaydalarına görə, ölkə futbolunun inkişafına dəstək və həmrəylik üçün yüksək liqa komandalarının hər birinə 800 min avrodan yuxarı vəsait (təxminən 1,5 milyon manat) yardım ediləcək. Böyük büdcəsi olan “Neftçi”, “Sabah”, “Zirə” və hətta “Sumqayıt” üçün bu, elə böyük vəsait deyil. Amma gözünü AFFA-dan aldığı 3 milyon manata dikən “Kəpəz” və “Şamaxı” üçün əməlli-başlı yardımdı. Baxmayaraq ki, keçən ili “Neftçi” zərərlə (120 min manat) başa vurub, amma yenə də 28 milyon manat büdcəsi ilə sıralamadakı yeri pis deyil.
“Neftçi”dən söz düşmüşkən.
“Qarabağ”ın ÇL-də növbəti mərhələyə keçməsini ölkə klublarının əksəriyyəti təbrik etdi. Nəinki Premyer Liqa, birinci liqa və hətta region liqası da təbriklərdən kənarda qalmadı. Futbolda həmrəylik üçün maraqlı addımdı. Onu göstərir ki, hamının istəyi ölkə futbolunun inkişafıdı və bu yolda yürüyən insanlar alqışlanır.
Amma vacibdirmi təbrik etmək?
Məncə, yox. Heç öhdəlik də deyil. Mən müşahidə edirəm, “Qarabağ”ın baş məşqçisi Q.Qurbanov digər klubların Avroliqada iştirakı ilə bağlı elə də həvəslə danışmayıb indiyə qədər. Sual olmasa, çox nadir hallarda toxunur mövzuya. Niyə? Çünki rəqibdilər.
Rəqabət hər şeydən üstündü. Rəqabət inkişaf və hirsdi. Başqasından irəli getmək ambisiyasıdı. Bu hisslər olmasa, adam yerində sayar. Bu sağlam rəqabətdən futbolumuz qazanır şübhəsiz.
Sözümü nəyə gətirmək istəyirəm. “Neftçi” dünəndən bəri susub və “Qarabağ”ı təbrik edənlərə qoşulmayıb. Və dünəndən bəri klubu linçləyirlər.
Düzmü edir “Neftçi”? Məncə, düz edir.
Bu səssizlikdə bir ambisiya, hirs, həsəd, lap elə paxıllıq varmı? Var, əlbəttə. Və məncə çox normal və qəbul edilməli vəziyyətdi. Bu paxıllıq olmasa, “Neftçi” necə özünü toplayacaq? Necə motivasiya olacaq? Pul deyirsən, “Qarabağ”dan sonra sadəcə, ikinci yerdədilər. Azarkeş ordusu da zəif deyil. Oyunlarda azarkeş qıtlığı yaşamırlar. Amma 2 ildi, Avroliqa oyunlarına həsrət qalıblar, heç Premyer liqada ilk 3-yə düşə bilmirlər. Belə olan halda, “Neftçi” niyə “Qarabağ”ı təblik eləsin ki? Hirsindən susmağı daha təbii deyilmi?
Ağdam klubunun da bu gün onu təbrik edənləri bir kollaja yığıb aranı qızışdırması heç böyükyana deyildi.
Uşaqsınız siz? Belə söz göndərmə olar? Təşəkkürü başa düşdük, kollaj nəydi elə?
“Qarabağ” təkcə stadionlarda yox, cəmiyyətdə də intriqa yaratmağa davam etsə, premyer liqanın oyunlarında heç kim darıxmayacaq.
Yeri gəlmişkən, köhlət atların həm də Premyer Liqa oyunları da var. ÇL-ə hazırlaşmaqla yanaşı, daxili çempionatda da özünü göstərməlidi. Keçən il gücünü Avroliqa oyunlarına vermişdi, mövsümün əvvəlində “Turan-Tovuz” və “Araz-Naxçıvan” sürpriz şəkildə premyer liqada parlamışdı. Sonra Avroliqa macərası başa çatan “Qarabağ” yerli liqamıza geri döndü və bütün gücünü ortaya qoyub çempion oldu. Bu mövsümü də “Qarabağ” “Sumqayıt”a uduzmaqla başlayıb. Görünür, yerli çempionatda gücünü çox sərf etməyərək ÇL oyunlarına bağlanacaq. Yerli oyunlarda güc itirmək istəməyəcək.
Bizim Premyer Liqanın isə bu gündən 3-cü turu başlayır. Bundan əvvəlki turların nəticəsinə görə, “Sumqayıt” turnir cədvəlinin başındadı.
Zülfiyyə Mustafayeva
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb