"Çoxdan bu bazarı sökmək, onun yerində..." - Vahid Əhmədov "Sədərək"dəki yanğına görə FHN-ni qınadı
27-08-2025 [14:20]
““Sədərək” ticarət mərkəzində daim yanğınlar, daşqınlar və digər fövqəladə hallar baş verəcək. Çünki bu məkan – bəzəkli çadırlarla, faner arakəsmələrlə, qarışıq və nizamsız elektrik xətləri ilə tikilmiş, kustar üsulla qurulmuş böyük bir bazardır”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin sabiq deputatı, iqtisadçı-ekspert Vahid Əhmədov Haqqin.az-a bildirib.
O, Fövqəladə Hallar Nazirliyini də ittiham edib: “Bu, Fövqəladə Hallar Nazirliyinin işindəki boşluqların və ticarət obyektlərinin sahiblərinin yanğına qarşı təhlükəsizlik qaydalarına əməl etməməsinin nəticəsidir. Niyə hər dəfə “Sədərək”də mühafizə xidməti və personal alovu vaxtında lokallaşdıra bilmir?
Əlbəttə ki, burada siqnalizasiya sisteminin, yanğınsöndürən balonların, hidrantların və digər təhlükəsizlik vasitələrinin yoxlanması məsələsində məsuliyyətli şəxslər olmalı idi. Ticarət mərkəzinin rəhbərliyi FHN müfəttişlərini mütəmadi olaraq dəvət edib, yanğın təhlükəsizliyi sistemini yoxlatmalı idi”.
Vahid Əhmədov əlavə edib ki, “Sədərək” ticarət mərkəzinin mövcud forması keçmiş SSRİ dövründən miras qalmış bir bazar anarxiyasıdır: “Niyə Bakıdakı müasir ticarət mərkəzlərində yanğın baş vermir? Çünki orada təhlükəsizlik qaydaları müasir standartlara cavab verir. Çoxdan bu bazarı sökmək, onun yerində bir neçə mərtəbədən ibarət, müasir və təhlükəsiz materiallarla tikilmiş böyük bir ticarət mərkəzi inşa etmək lazım idi. Məsələn, Barselonadan cəmi 20 dəqiqəlik məsafədə yerləşən “La Roca Village” adlı ticarət şəhərciyi var. Bütün infrastrukturun olduğu, gözəl dizaynlı mərkəzdir. Belə bir alış-veriş şəhərciyi Bakı üçün də əsl turistik məkana çevrilə bilər.”
Xatırladaq ki, avqustun 24-də “Sədərək”də anbarda baş verən güclü yanğın nəticəsində 13 nəfər xəsarət alıb, sahibkarlara təxminən 1 milyon manat zərər dəyib.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb