"Ceyhun Bayramovun dövründə problemə operativ reaksiya verilirdi, Əmrullayev isə..." - Müəllim "vakansiya alverçiləri"ndən yazdı, mətbuat katibi belə reaksiya verdi
20-08-2025 [11:55]
"Tələbəlik illərim Ceyhun Bayramovun Təhsil Naziri olduğu dövrə təsadüf edib. O zaman təhsildə üzləşdiyimiz kiçik bir problemi Facebookda sadə bir postla ictimailəşdirdikdə dərhal problemin həlli istiqamətində reaksiya verilirdi. İndi isə bir həftədir ölkənin az qala bütün saytları Quba–Xaçmaz Regional Təhsil İdarəsinin özbaşınalıqlarından yazır. Problemin qabardılmasında köməklik edən jurnalist dostlar Təhsil Nazirliyi və regional idarə ilə əlaqə yaratmağa çalışırlar, amma “tık” belə yoxdur".
Mia.az xəbər evruir ki, bu sözləri MİQ imtahanından yüksək bal toplamış, lakin rayon mərkəzinə deyil, ucqar kəndlərə təyinatı verilən tarix müəllimi Orxan Kərimov sosial media hesabında yazıb.
Onun sözlərinə görə, təhsil sistemində bürokratik aparatda cəzasızlıq mühiti o qədər kök salıb ki, bu qədər yazılır, bu qədər şikayət edilir, amma heç kimin vecinə deyil sanki:
"Təhsil Nazirliyi bütövlükdə bir sistem olaraq ictimai şüuru formalaşdıran ən təməl mexanizmdir. Bu qədər müəllim problemləri qabardır, şikayət edir, amma nəticədə dəyişən heç nə olmur.
Sosial şəbəkələr artıq 9–10 yaşlı uşaqlar üçün belə əlçatan olub. Dolayısı ilə onlar da bu prosesləri izləyir və nazirliyin problemlərə biganə yanaşmasının şahidi olurlar.
Uşaqlarda yaratdığınız bu travma, inanın, ölkənin gələcəyinə birbaşa mənfi təsir göstərir. Artıq elə bir düşüncə formalaşıb ki, təhsil sistemində cəza yalnız müəllimlər üçündür. Müəllim kiçik bir yanlışına görə cəzalandırıla bilər, amma təhsilin bürokratik aparatındakılar dövlətə ən ağır zərərləri vuraraq özbaşınalıqlarına davam edirlər və onlara “dur” deyən yoxdur.
Təhsilə bu biganə münasibətinizin nəticəsində bir neçə il sonra ölkədə gələcək qurmaq istəyən gəncləri tapa bilməyəcəksiniz.
Sabahdan etibarən Təhsil Nazirliyinin bu problemləri həll etməkdəki acizliyini administrasiya səviyyəsinə qaldırıb, cənab Prezidentin eşidə biləcəyi səviyyədə qabartmağa çalışacağam. Problem artıq yalnız bu yolla həll edilə bilər.
Bəzən dostlar mənə “hə*s edilə bilərsən” deyirlər. Mən inanmıram ki, təhlükəsizlik orqanları könüllü şəkildə bəzən maaşının 2/3 hissəsini şagirdlərinə, baxımsız vəziyyətdə olan məktəbə xərcləyən bir müəllimi həbs edib, bu vakansiya alverçilərinə göz yumsun. Yəni bu mübarizədə gedə biləcəyim yerə qədər gedəcəyəm. Son dayanacağım ya vakansiyada gizlətdiyiniz məktəblərdən biri olacaq, ya da…"
Onun bu ittihamm xarakterli müraciətinə nazirliyin mətbuat katibi Səbuhi Rzazadə belə cavab verib: "Əmin ola bilərsiniz ki, ictimai narahatlıq doğuran bütün məsələlərə Elm və Təhsil Nazirliyi və ya onun tabeliyində olan qurumların adından həmişə münasibət bildirilir. Sizin ictimailəşdirdiyiniz mövzu ilə bağlı mediadan Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb və aidiyyəti üzrə cavab verilib. Ola bilər ki, həmin cavab Sizi tam qane etməyib. Hər bir halda bu konkret məsələni bir daha araşdıracam. Müəllimlərin işə qəbulu prosesi tam şəffaf şəkildə həyata keçirilir və əsas məqsəd gələcəyimiz olan uşaqların keyfiyyətli təhsil almasını təmin etməkdir".
Samir MUSAYEV
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb