HƏKİMLƏR DAHA BİR XƏSTƏNİN LÜT GÖRÜNTÜSÜNÜ YAYDI - Nazirlik və Prokurorluq hərəkətə keçdi (YENİLƏNİB)
19-08-2025 [18:48]
Sosial şəbəkədə narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı prokurorluqda araşdırma aparılır.
Mia.az xəbər verir ki, araşdırmanın nəticələrinə uyğun sözügedən məsələ ilə bağlı tədbirlər görüləcək.
***
Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.
Mia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur:
"Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.
“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil".
Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan tibbi fəaliyyət göstərir: "Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanıb. “UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılıb, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunub.
Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib".
***
Sosial şəbəkələrdə əməliyyat proseduru ilə bağlı daha bir qeyri-etik görüntülər yayılıb.
Mia.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışova sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdə qadın xəstənin bədəni çılpaq halda nümayiş olunub.
Jurnalist bildirib ki, videoda Abdullayeva Gülbədə digər həmkarları ilə sözügedən məqamda oynayaraq videoçəkiliş edib.
Pərvin Abışova qeyd edib ki, adıçəkilən tibb işçisi əvvəl saç ustası olub.
Mia.az videoda etik olmayan görüntüləri nəzərə alaraq sayta yerləşdirməyib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb