Könül Kərimova: “Uğurlu liderlik sadəcə sürət deyil, doğru istiqamətdir” - MÜSAHİBƏ
15-05-2025 [15:58]
Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə direktoru Könül Kərimova sürətlə dəyişən biznes dünyasında liderlik anlayışını öz baxış bucağından təqdim edir.
Onun sözlərinə görə, əsl liderlik yalnız nəticələrin sürəti ilə ölçülmür – əsas olan düzgün istiqaməti seçmək, insanlara ilham vermək və uzunmüddətli dəyər yaratmaqdır.
- Uğurlu liderlik sizin üçün nə deməkdir?
- Mənim üçün liderlik, ilk növbədə, gələcəyi aydın şəkildə görməkdir. Lider bu vizionu qəlbində hiss etməli, ona inanmalı və hər addımında bu həvəsi yaşatmalıdır. Əgər rəhbərin özü ruhlanmırsa, heç vaxt başqalarına da ilham verə bilməz.
Sonra bu vizionu komanda, tərəfdaşlar və maraqlı tərəflərlə bölüşmək gəlir. İnsanlar yalnız o zaman eyni enerjini hiss edə bilirlər. Və ən sonda – məqsədə aparan dəqiq yol xəritəsi qurmaq vacibdir. Mənim üçün liderlik vizion, ilham və sistemli fəaliyyətin vəhdətidir.
- Niyə liderliyin sürətdən çox istiqamətlə bağlı olduğuna inanırsınız?
- Sürət, bəli, vacibdir. Amma yalnız doğru istiqamət seçildikdə fayda gətirir. Mənim təcrübəmdə bunun həm müsbət, həm də mənfi nümunələri olub.
Bir dəfə bir layihəyə çox tələsik başladıq. Qrafik sərt idi, amma ideyanı kifayət qədər analiz etməmişdik. İşin ortasında gördük ki, xərclər faydadan dəfələrlə çoxdur. Nəticədə tələskənlik bizə baha başa gəldi və hər şeyi dayandırıb planı yenidən qurmağa məcbur olduq.
Tam əks vəziyyəti telekommunikasiya sektorunda yaşadım. İdeya doğrudur, istiqamət düzgün idi, amma qərarların gecikməsi səbəbindən layihə dayandı. Biz bazara çıxanda rəqib artıq irəlidə idi. Onları yaxalamaq üçün həm layihəyə, həm də müştəri qazanmağa böyük sərmayə qoymalı olduq.
Bu hadisələr mənə öyrətdi ki, sürət yalnız düzgün istiqamətlə birləşəndə dəyər yaradır. Əks halda ya resursları boşa xərcləyirsən, ya da fürsəti əldən verirsən. Liderin əsas rolu isə məhz bu incə məqamı düzgün ayırd edə bilməkdir.
– Sürət təzyiqini uzunmüddətli vizionla necə tarazlamaq olar?
- Bu, lider olaraq tez-tez qarşılaşdığım ən böyük çətinliklərdəndir. Çox vaxt qərar “indi və dərhal” tələb edir. Xüsusilə də inkişaf etməkdə olan bazarlarda.
Mənim yanaşmam budur: hər bir qərara həm bu gün, həm də sabahın prizmasından baxmaq lazımdır. Bu addım bu gün nəyi dəyişəcək? Sabah bizə nə qazandıracaq? Yalnız hər iki tərəfi analiz etdikdə sürətlə strategiya arasında sağlam tarazlıq tapmaq mümkündür.
– Planın doğru sürətlə və düzgün istiqamətdə getdiyinə necə əmin olursunuz?
- Düzünü desəm, planlar çox vaxt nəzərdə tutulduğu kimi getmir. Amma icranı səmərəli etmək üçün mexanizmlər vacibdir. Necə ki, səyahət edərkən hədəfə çatmaq üçün aydın marşrut lazımdır, biznesdə də yol xəritəsi, mərhələlər və dəqiq addımlar vacibdir.
Burada əsas məsələ göstəricilərdir. Hər mərhələnin niyə vacib olduğunu və bizə nə qazandıracağını dəqiq müəyyənləşdirmək lazımdır. Müştəri sayı, xidmət keyfiyyəti, əməkdaş məmnuniyyəti, bazar payı, istifadəçi statistikası – bunların hər biri layihədən asılı olaraq uğurun meyarına çevrilə bilər. Əgər nəticələr vaxtında və planla üst-üstə düşürsə, deməli, yolumuz da, sürətimiz də doğrudur.
– “Doğru istiqaməti” komandanıza necə çatdırırsınız?
- Əvvəlcə liderin özü inamlı olmalıdır. Əgər sən gördüyün işin yalnız maaş və vəzifə deyil, cəmiyyət və insanlar üçün real dəyər yaratdığına inanırsansa, o ruh başqalarına da keçir.
Məsələn, bu gün mən pərakəndə sektorunda maliyyə direktoru kimi çalışıram, çünki inanıram: pərakəndə yalnız iqtisadiyyat üçün deyil, həm də insanların rifahı, yeni liderlərin və peşəkarların yetişməsi üçün vacib bir platformadır. Bu inamla hər təşəbbüsü paylaşmaq daha asandır: sən sadəcə addımları izah etmirsən, həm də niyə vacib olduğunu göstərirsən.
– Liderlik haqqında ən çox yayılmış yanlış təsəvvür nədir?
- Ən çox rast gəlinən yanlış təsəvvür budur: guya lider hər şeyi bilməlidir. Mənim üçün liderlik – hər şeyi bilirmiş kimi davranmaq deyil, düzgün suallar vermək və insanların öz fikirlərini sərbəst ifadə edə biləcəyi mühiti yaratmaqdır.
Karyeram boyu gördüyüm ən yaxşı ideyalar məndən yox, özünü inamlı hiss edən əməkdaşlardan gəlib. Buna görə də inanıram: liderin əsas missiyası başqalarının yaradıcılığını və zəka potensialını üzə çıxarmaqdır.
– Gələcəkdə liderlik üçün hansı keyfiyyətlər ön planda olacaq?
- Məncə, gələcək onilliyin lideri üç əsas keyfiyyətə sahib olmalıdır: çeviklik, empatiya və vizion. Dünya hər zamankından daha sürətlə dəyişir və lider əsas istiqaməti itirmədən uyğunlaşmağı bacarmalıdır.
Eyni zamanda, empatiya getdikcə daha vacib olur – insanlar liderdən təkcə nəticə deyil, həm də dinləməyi, qayğı göstərməyi gözləyirlər. Və əlbəttə ki, vizion – liderin əbədi kompasıdır. Onsuz sürət də, çeviklik də asanlıqla xaosa çevrilə bilər.
Qısacası, gələcəyin uğurlu liderləri çevik düşünən, insanlarla dərin bağ quran və hamını aydın, mənalı bir gələcəyə aparan rəhbərlər olacaq.
MİA.AZ
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub