"Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa..." - Deputat və ekspertdən təhsil haqlarının artırılmasına reaksiyalar
19-08-2025 [09:55]
Məlum olduğu kimi, Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb.
Belə ki, “Tibb” ixtisası üçün illik təhsil haqqı 6 500 AZN, “Stomatologiya” ixtisası üçün 6 000 AZN, “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə 5 000 AZN müəyyən edilib.
“Bu il bir çox universitetlərdə təhsil haqları artırılıb. Təhsil haqları artırılarkən əhalinin vəziyyəti nəzərə alınmalıdır”.
Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib. Deputat hesab edir ki, artım mütləq dövlətin qərarı ilə olmalıdır: “Dövlət bu qiymətləri tənzimləməli və tədrisin keyfiyyətinə uyğun olmalıdır. Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa, bu məbləğdə xeyli maaş alan varsa, vətəndaşlar təhsil haqlarını hansı formada və necə ödəyəcəklər? Ona görə düşünürəm ki, bu kimi məsələlərə dövlətin ciddi nəzarəti olmalıdır və dövlət prosesə əl qoymalıdır”.
Deputat bildirib ki, təhsil haqlarının bu qədər artırılması ciddi şəkildə araşdırılmalı məsələdir: “Hesab edirəm ki, bu məsələnin universitetlərin ixtiyarına buraxılması düzgün deyil. Universitetlər istədiyi vaxt qiyməti qaldırmalı deyillər. Anlayıram, universitetlərin özlərinin də xərcləri var. Amma bu formada qiymət artımı ona aparacaq ki, gənclər yerli universitetləri deyil, xarici universitetlərdə təhsil almağı seçəcək”.
Ceyhun Məmmədov bu gün iki-üç tələbə oxudan ailələlərdən də söz açıb: “2-3 uşağı təhsil alan ailələr var. Belə ailələrin il ərzində 6-7 min manat təhsil haqqı verməsi kifayət qədər çətin və mürəkkəbdir”.
Bəs görəsən, gənclərin təhsil üçün xaricə üz tutduğu ərəfədə, ölkədə həkim qıtlığı mövcud olan situasiyada bu artım doğru addımdırmı?
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ceyhun müəllimin fikirlərində böyük həqiqət var. Ümumiyyətlə, dövlət universitetlərində pullu təhsilin tamamilə əleyhinəyəm. Dövlət universitetləri publik hüquqi şəxs olaraq yalnız ödənişsiz təhsil verməlidir. Dünyada bu istiqamətdə müxtəlif təcrübələr mövcuddur. Əgər konkret olaraq tibb təhsilindən söhbət gedirsə, bu sahə dünyada bahalı təhsil sahəsi hesab olunur. Amma elə ölkələr var ki, orada tələbələrə müxtəlif təqaüdlər təqdim edilir. Universitetlərin özlərinin də təqaüd proqramları mövcuddur. Həmin təqaüdlər hesabına tələbələr müəyyən güzəştlər əldə edərək təhsil ala bilirlər.
Təbii ki, anlayıram ki, dövlət sifarişli yerlərin sayı xeyli artırılıb - bu rəqəm təxminən 50 faiz təşkil edir. Hazırda bu göstəricinin 65 faizə çatdırılması nəzərdə tutulur. Əks arqumentlərdən biri odur ki, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı kifayət qədərdir və yüksək bal toplayanlar pulsuz təhsil imkanı əldə edə bilirlər. Amma təhsil haqlarının artırılması bir çox ailələr üçün ali təhsilin əlçatan olmamasına səbəb olur. Bu halda tələbələrimiz xarici ölkələrin ali təhsil müəssisələrinə üz tuturlar.
Məsələn, öz təcrübəmdən deyə bilərəm: oğlum Almaniyada təhsil alır və bu təhsil tamamilə pulsuzdur. Xarici vətəndaş olmasına baxmayaraq, Almaniya dövləti təhsili pulsuz təqdim edir. Bəzi ölkələrdə isə təhsilə birbaşa biznes kimi yanaşılır. Məncə, təhsil biznes ola bilməz. Biz bu yanaşmanı yalnız əcnəbi ölkələr üçün tətbiq edə bilərik. Amma ölkə daxilində təhsilə biznes kimi yanaşmaq tamamilə yanlışdır. Yaxşı oxuyan tələbələr üçün təqaüdlər təsis olunmalıdır. Aztəminatlı ailələrə, çoxuşaqlı ailələrə və bir ailədə bir neçə tələbə təhsil alırsa, onlara fərqli yanaşma göstərilməli, güzəştlər tətbiq olunmalı, xüsusi proqramlar həyata keçirilməlidir. 5000-6000 manat çox sayda azərbaycanlı ailə üçün böyük rəqəmdir".
Təhsil eksperti Etibar Əliyevin də mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.
Səbəbi izah olunmur. Bəlkə universitetə fiziologiya və tibb üzrə Nobel mükafatçıları gətirilib? Xarici ölkələrdə zəhmətləri hesabına yüksək elmi dərəcə və elmi adlar qazanmış alimlərin potensialından nə dərəcədə istifadə olunur? Bəlkə yeni nəsil dərsliklər yazılıb, yaxud tərcümə olunub? Bu addımı dəstəkləyənlər dünyanın hər yerində tibb təhsilinin bahalı olmasını önə çəkirlər. Qardaş Türkiyədə yüksək tibb təhsili verən ali məktəblərin təhsil haqqı ATU-da müəyyənləşdirilən təhsil haqqından azı 10 dəfə ucuzdur. Bu universitetin uğurları haradadır? Kardioloqların tam əksəriyyəti, uroloqlar və qastroentreloqların əksəriyyəti ya Türkiyədə, ya da Rusiyada təhsil almış həkimlərdir. COVİD -19 bütün ölkələrin səhiyyə sistemini imtahana çəkəndə gördük ki, ölkədə infeksionist həkimlər barmaqla sayılacaq qədərdir. Bütün digər universitetlərdə də təhsil haqlarının abituriyentlərin ixtisas seçimi ərəfəsində yüksəldilməsi kasıb təbəqə üçün çox ağırdır.
Dövlət tibb mütəxəssislərinin hazırlığı üçün lazım olanı edir. Məsələn, dövlət babanın qurduğu Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikası modern baxımdan yüksək tələblərə cavab verir. Gömrük Hospitalı da həmçinin. Həmin klinikalar yüksək gəlir də əldə edir. Tələbələrə dövlətin qurduğu klinikalarda tədris prosesini həyata keçirir. Klinikalarda aparılan tədris prosesi də təhsil haqlarının fantastik yüksəldilməsinə zəmin yaratmır. Pasiyentlər klinikalarda Türkiyədə tibb təhsili görmüş həkimlər axtarırlar.
Başqa bir faktı deyim. Tibb Universitetində tam ştatda olan müəllimlərin sayı nə qədərdir? Məndə olan məlumata görə, xeyli müddət əvvəl tam ştatlar yarıya bölünərək xeyli sayda müəllim işə qəbul ediblər. Yəni məqsəd tamamilə başqa olub.
Yaxşı, fərz edək ki, tibb təhsili bahadır. Hüquq təhsili də bahadır? Hüquq təhsili ki, auditoriyalarda həyata keçirilir. 6500 manat da hüquq ixtisasının qiymətidir. Universitetlər gəlir mənbəyini yalnız tələbənin ödədiyi təhsil haqqında tapıblar. Rektorlar gözlərini açıb dünya təcrübəsi ilə tanış olmalı və yeni gəlir mənbələri axtarmalıdırlar.
Doktorantura təhsili də bahalaşıb. Təhsil haqqı 2000 manat artırılaraq 4000 manata çatdırılıb. Bu da elmlə məşğul olmaq istəyənlər üçün “şad” xəbər".
Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox inkişaf etmiş ölkələrdə ali təhsil ya tamamilə ödənişsizdir, ya da dövlətin ciddi maliyyə dəstəyi ilə təmin olunur. Məsələn, Almaniyada dövlət universitetlərində təhsil yerli və xarici tələbələr üçün pulsuzdur. Tələbələr yalnız simvolik məbləğdə inzibati rüsum ödəyirlər. Bununla yanaşı, müxtəlif sosial təqaüdlər və yaşayış yardımları da mövcuddur ki, bu da təhsilin daha əlçatan olmasını təmin edir. Norveçdə də vəziyyət oxşardır - bütün tələbələr, o cümlədən əcnəbilər üçün ali təhsil pulsuzdur. Hökumət təhsilə tam subsidiya ayırır və tələbələrə yaşayış üçün dəstək göstərilir. Fransa dövlət universitetlərində təhsil haqları olduqca aşağıdır - illik təxminən 200-500 avro təşkil edir. Sosial rifah sistemi çərçivəsində təqaüdlər və yardım mexanizmləri geniş şəkildə tətbiq olunur".
MİA.AZ
"Hıdır Baba"nın anası vəfat edib - 93 yaşında
Vəzifəli şəxslərin əmlaklarına həbs qoyulub - Siyahı
Türkiyədə kimyəvi zavodda partlayış oldu - FOTOLAR
Ərdoğan Türkmənistana gedir - Tarix açıqlandı
Elçin Əmirbəyov Brüsseldə - Açıqlamalar
"Hələ onun saçına jele vuran vaxtlarıdır" - Hüquqşünas 26 min manatlıq plaşla festivala qatılan icra başçısına belə replika atdı
Keçmiş hakimə Konstitusiya Məhkəməsində vəzifə verilib
Super Liqanın 8 komandası cəzalandırılacaq - SİYAHI
Rəsmi Moskva: "Biz Ukraynada atəşkəs yox, sülh üçün çalışırıq"
DTX-dən xaricdə yeni əməliyyat: ağır cinayətlər törətmiş şəxslər saxlanılıb - VİDEO
Billurə Aslanqızıyə AzTV-də vəzifə verildi
İsrail Qəzzanın cənubuna və şimalına zərbə endirib
Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu
Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib - FOTOLAR
Qaralov, Usubov və Sultanov bir arada - FOTOLAR
AFFA "Neftçi"ni cərimələyib
Yağışlı hava davam edəcək - Sabahın hava proqnozu
Nazir müavini: "Distant işlə bağlı yeniliklər gözlənilir"
Bakıda binaların birinin eyvanı uçub - VİDEO
"Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqlənib
Namizəd Səfərova cinayət işi açılıb
ABŞ-ın döyüş təyyərələri Venesuelanı təhdid edib
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
TRAMPIN ŞƏKLİ OLAN YENİ PUL VAHİDİ - Senatorlar ayağa qalxdı (FOTO)
FHN-dən əhaliyə xəbıərdarlıq - Yağışla bağlı
"Qalatasaray"ın baş məşqçisi: "Əlimizdən gələni edəcəyik"
Heydər Əliyev Fondu Türkmənistanda anlaşma memorandumu imzalayıb
Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumu keçirilir
Axtarışda olan azərbaycanlı Almaniyada tutulub
Azərbaycan nefti ucuzlaşdı
Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağda qar yağır
CHP-nin keçmiş təşkilat sədri tutulub - Rüşvət ittihamı ilə
Çempionlar Liqası: "Qalatasaray" Fransada uduzdu - YENİLƏNİB
Zelenski Romadan Trampa mesaj verdi: "Seçkiyə həmişə hazıram"
Qarsda qar yağır - 17 kəndin yolu bağlanıb
Məşhur futbolçunu şantaj edən qadın həbs edildi - Təfərrüat
Türkiyədə məşhur jurnalistlər saxlanıldı - Narkotik ittihamı ilə
Qubada 3.3 bal gücündə zəlzələ olub
Çempionlar Liqası: "Bavariya" 12 dəqiqəyə 3 qol vuraraq qalib gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azercell Kinon tətbiqini süni intellektlə gücləndirib
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - 7 nəfər həlak olub
Deputat Əli Abbasovun mandatına xitam verilir
"Cimbom" radarına 27 yaşlı müdafiəçini alıb