Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının inkişaf strategiyası təsdiqlənib
12-08-2025 [12:51]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mətbuat konfransı keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə əvvəlcə həmkarlar ittifaqlarının fəaliyyətində son bir il ərzində tətbiq edilən yenilikləri, həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra AHİK nümayəndələri tərəfindən media mənsublarına həmkarlar ittifaqlarının fəaliyyəti, əmək hüquqlarının qorunması, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması istiqamətində reallaşdırılan tədbirlər və sosial layihələr barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib və hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı icra olunur.
Konfederasiyada “Çağrı Mərkəzi”, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi, həmçinin “Kurort” Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlayıb. Konfederasiyanın sanatoriya və istirahət mərkəzlərində yenidənqurma və təmir işləri aparılır, şərait yaxşılaşdırılır. Qida təminatı sahəsində də yeniliklər edilib, menyular qida təhlükəsizliyi standartlarına uyğunlaşdırılıb, sanitariya və gigiyena qaydalarına nəzarət gücləndirilib.
Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi istifadəyə verilib. 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib ki, bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur.
Media təmsilçilərinə “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç”, “Görməyə dəyər” layihələri barədə məlumat verilib. Bildirilib ki, yeni layihə - “AHİK Plus” üzərində də iş aparılır. Layihə sosial tərəfdaşlarla birgə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur.
Tədbirdə media nümayəndələri Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə də məlumatlandırılıb. Belə ki, Akademiyada 5 ixtisas üzrə bakalavr, 2 ixtisas üzrə magistr təhsili həyata keçirilir. Ali təhsil ocağında ittifaq üzvlərinin bilik və bacarıqlarının artırılması, ixtisasartırma kurslarının təşkili, həmçinin dövlət qurumları və özəl sektorun sifarişi əsasında təlimlərin keçirilməsi məqsədilə İxtisasartırma və Kadrların İnkişafı Mərkəzi yaradılıb.
Tədbirdə vurğulanıb ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına dəstək məqsədilə tədbir həyata keçirilir, layihələr reallaşdırılır. Qeyd edilib ki, Konfederasiyanın himayəsində olan 209 şəhid ailəsinin 378 övladına hər ay maddi yardım göstərilir. 148 şəhid ailəsinə isə alış-veriş kartları təqdim edilib. Bundan başqa, 20 Yanvar şəhidlərinin 95 ailə üzvünə birdəfəlik maddi dəstək göstərilib. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində şəhid övladları üçün “Abşeron” sanatoriyasında “Texno Qəhrəmanlar” master-klası təşkil olunub.
Konfederasiya və üzv təşkilatlar tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, Novruz bayramı və digər əlamətdar günlər münasibətilə mədəni-kütləvi tədbirlər təşkil olunur. Üzvlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə teatr tamaşalarına, konsert proqramlarına kollektiv baxış, həmçinin idman yarışları təşkil olunur. Keçirilmiş tədbirlər çərçivəsində həmkarlar ittifaqı üzvlərinin uşaqlarına 800 minə yaxın hədiyyə təqdim edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.
Media nümayəndələrinə AHİK-in beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər, beynəlxalq həmkarlar ittifaqları ilə əlaqələri barədə də ətraflı məlumat verilib.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb