"Azercell Telecom" Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanmış məktəbliləri təbrik edib
11-08-2025 [15:29]
Boliviyanın paytaxtı Sukre şəhərində keçirilmiş 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Azərbaycan komandası uğurla çıxış edərək ölkə tarixində ən yüksək nəticəni əldə edib.
Mia.az-ın məlumatına görə, 98 ölkədən 300-dən çox məktəblinin iştirak etdiyi olimpiadada Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medallara layiq görülüblər. Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafatla təltif olunub.
Olimpiada çərçivəsində iştirakçılar iki gün ərzində mürəkkəb alqoritmik tapşırıqları həll edərək analitik düşüncə, problem həll etmə və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. Onların təqdim etdikləri həllər 100 ballıq qiymətləndirmə sistemi əsasında dəyərləndirilib.
Azərbaycan 1994-cü ildən etibarən Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunur. Belə ki, məktəblilər 1994–2019-cu illər ərzində ölkəyə beş medal, 2020–2025-ci illərdə isə on bir medal qazandırıblar. Cari ildə əldə edilmiş nailiyyətlər Azərbaycanın bu olimpiadadakı rekord nəticəsi olmaqla yanaşı, iki şagirdin dünya sıralamasında ilk yüzlüyə daxil olması ilə də xüsusi əhəmiyyət kəsb edir.
“Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində artıq səkkiz ildir ki, məktəblilərin beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu təşəbbüs istedadlı gənclərin İT və İKT sahələrində bilik və bacarıqlarının inkişafına, eləcə də onların beynəlxalq müsabiqələrdə uğurlu çıxışlarına töhfə vermək məqsədi daşıyır.
"Azercell Telecom" qalib məktəbliləri təbrik edir, onlara gələcək olimpiadalarda yeni uğurlar arzulayır!
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb