Təhsilimizin ləhcəsi: uşaqlarımıza hansı rayonun şivəsində dərs veriləcək?
08-08-2025 [17:27]
Müəllim olmaq istəyənlər ali məktəb oxuyublar, özləri demişkən, bal da yığıblar, savadları da var, amma işləməyə məktəb tapmırlar. Hazırda vakant yer davası gedir.
Məktəb yox-a, məytəp.
Dünəndən bəri vakant yer üçün Təhsil Nazirliyi ilə davaya çıxan, yəni uşaqlarımıza dərs demək, təhsil vermək, onları savadlı etmək iddiasında olanların çıxışlarını izlədim sosial şəbəkələrdən. Həyəcanlıdılar, ona söz yox. Üstəlik kamera qarşısında olanda da təbii ki, cümlələrində mübtədanın, xəbərin yeri dəyişik düşə bilər. Buna söz qoşmuram. Amma o ləhcə nədir? Ləhcəli müəllim olarmı?
İstəyirəm, nazirliyə deyim ki, müəllim olmaq istəyənlərin imtahan, sertifikasiya, daha nə bilim, başqa hansı sınaqları varsa, oraya müsahibələr də salınsın. Müəllim iddiasına düşənlərin bir ağzını arasınlar görək, onlar hansı bölgənin ləhcəsində danışırlar?
Yer davası döyənlərin etiraz aksiyasındakı çıxışlarından bəzi cümlələri seçmişəm sizinçün.
Baxın:
- bu günlərim bizə 5-6 vakant yer veriplər;
- deyirlər ki, sizin saatlaraaazıı başqa müəllimlərə verəjəylər;
- 14 yer, yani heş nə bir şeydi daaa;
- Gənjə, Geranbooyy, vakant çıxarmayıpdılar;
- məytəplərlə maraqlanmuşuk, onlara yerlər verilipdir.
Biz mediada, ictimai ortamlarda Azərbaycan dilinin şivəsiz, dialektsiz, təmiz istifadəsini hər zaman tələb edirik də, bəs müəllimləri necə öyrədək?
Onlar ali məktəb oxuyur, imtahan verir, sonra yenə özlərinə müəllim tutub sertifikasiyadan keçir, amma içindəki ləhcədən azad ola bilmir ki, bilmir.
Elə bilirsiniz, onların dilinin ləhcəsi ailə ilə bağlıdı? Xeyr. Bu ləhcə onlara da məktəbdən gəlib. Sonra rus sektorunu bəyənmirsiniz. Mən hələ ləhcəli rus dili müəlliməsi görməmişəm indiyə qədər. Amma Azərbaycan dili üzrə ibtidai siniflər yaşlı, yaxud gənc, fərqi etmir, əsasən, ləhcəli müəllimlərdən ibarətdi.
Nə bilim.
Zülfiyyə Mustafayeva
Mia.az
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb