Milli Onkologiya Mərkəzində anarxiya: "Analizlər 250 manat, digər müayinələr 120 manat istəyir, o biri 90 manat, başqa biri 130 manat..."
01-08-2025 [10:04]
"Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib. Yoxsa insan adlanan varlıqlar necə bu dərəcədə rəhmsiz ola bilər?".
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Aytən Məmmədova Feysbuk-dak səhifəsində yazıb.
O bildirib ki, 25 yaşı olan xalası qızı ağır formada onkoloji xəstəlikdən əziyyət çəkir: "O qədər kasıbdılar, biopsiyanın nəticəsi məlum olanda, nəqliyyat puluna görə dərhal Bakıya gələ bilmədi. Nəticəni görəndən sonra həkim soruşur ki, niyə bu qədər gecikdirmisən, vaxtında müayinə olunmamısan? Yazıq qarın dolusu yemək tapa bilmirdi, həkimə getməyə hardan pul tapaydı...
Milli Onkologiya Mərkəzində analizlər 250 manat, digər müayinələr üçün biri 120 manat istəyir, o biri 90 manat, başqa biri 130 manat... Müayinələrdən sonra özü rayona qayıtdı, KT-nin (kompüter tomoqrafiya) cavabını gözləyə bilmədi. Ertəsi günü mən getdim ki, götürüm.
Tibb bacısı deyir ki, ödəniş olunmayıb, 92 manat verilməlidir. Deyirəm, qəbz ver, ödəyim. Cavab verir ki, bizdə qəbz verilmir, mənə ödəməlisiniz. Deyirəm, ay xanım, bazar deyil, siz də pomidor, kartof satmırsınız, sizə niyə verməliyəm? Deyin yerini, gedim orada ödəyim. Cavab verir ki, bizdə belədir. Deyirəm, keçən ildən onkoloji xəstələr üçün ilkin müayinə, diaqnostika icbari tibbi sığortaya daxil edilib. O biri tərəfdən həkim mədəni şəkildə qayıtdı ki, bizə aidiyyəti yoxdur, "Semaşko"-filan kimi xəstəxanalara aiddir. Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?
Axırda dedim ki, nəticə əlinizin altındadır, 25 yaşında gənc adamın vəziyyətini görürsünüz. İnsan qarın dolusu yemək tapıb yeyə bilməyib, indi də bu vəziyyətdə, siz hələ də ondan pul umursunuz, necə insanlarsınız?
Bundan sonra məni çölə çıxardılar. Beş dəqiqə sonra KT-nin nəticəsini gətirib, it qabağına atan kimi verdilər əlimə...
Amma müayinı diskini vermədilər. Dedilər ki, guya diski özüm alıb gətirsəm, o zaman köçürərlər. Kim ki pul verirdi, ona disklə birlikdə verirdilər. Gedib disk alıb gətirdim, bir saat yenə gözlətdilər, sonra diskə köçürüb verdilər.
Uzun oldu, amma Milli Onkologiya Mərkəzində insanlığın səviyyəsini göstərmək istədim..."
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ