Təhsil eksperti: "İki abituriyentdən biri universitetə düşməyəcək, ona görə ki..."
31-07-2025 [10:05]
"Bu il ali təhsil müəssisələrinə qəbul prosesi ölkənin təhsil siyasətindəki dərin idarəetmə boşluqlarını bir daha üzə çıxarıb. Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına əsasən, 2025-ci tədris ili üzrə cəmi 60 489 plan yeri ayrılıb, lakin sənəd verənlərin sayı 126 928 nəfərə çatıb. Bu, o deməkdir ki, qəbul yerləri ilə müraciət edənlərin sayı arasında təxminən ikiqat fərq var və hər iki abituriyentdən biri ali təhsil almaq şansı əldə edə bilməyəcək".
Mia.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edib ki, rəqabətin kəskinləşməsi xüsusilə pedaqoji ixtisaslarda daha çox hiss olunacaq, çünki bu sahədə qəbul planı son illərin ən aşağı səviyyəsinə endirilib, bəzi universitetlərdə müəllimlik ixtisasları tamamilə ləğv olunub:
"Bu, yalnız bu ilin abituriyentləri üçün deyil, ölkənin gələcək təhsil sistemi üçün də ciddi risklər yaradır.
“Təhsil haqqında” Qanunun 5.2-ci maddəsinə görə, dövlət əmək bazarının tələbatına uyğun olaraq kadr hazırlığı həyata keçirməli, ali təhsil müəssisələrinin qəbul planlarını bu ehtiyaclara uyğun müəyyənləşdirməlidir. Faktiki vəziyyət isə bunun tam əksini göstərir. Elm və Təhsil Nazirliyi illərdir konkret proqnozlar hazırlamadan, əmək bazarının real tələbatını dəqiq hesablaya bilmədən plan yerlərini ya süni şəkildə artırır, ya da kəskin şəkildə azaldır. 2023-cü ildə pedaqoji ixtisaslara 11 mindən çox qəbul yeri ayrıldığı halda, bu il həmin rəqəm 25-30 faiz azaldılıb. Halbuki, Dövlət Statistika Komitəsinin məlumatına görə, region məktəblərində riyaziyyat, fizika və kimya müəllimlərinin çatışmazlığı artıq 27 faizə çatıb və 2028-ci ilə qədər bu rəqəmin 40 faizə qədər yüksələcəyi proqnozlaşdırılır. Deməli, müəllim hazırlığı planı real tələbatla ziddiyyət təşkil edir və bu, gələcəkdə təhsil keyfiyyətinə mənfi təsir göstərəcək.
Müsbət tərəf kimi bu il ali təhsil plan yerlərinin ümumi sayında əvvəlki ilə nisbətən 5 faizlik artım müşahidə olunub, bəzi texniki və mühəndislik ixtisaslarında dövlət sifarişi genişləndirilib. Lakin bu, ümumi vəziyyəti dəyişmir, çünki qəbul planlarının artımı daha çox iqtisadiyyatın aşağı tələb olunan ixtisaslarına yönəlib, prioritet sahələr – pedaqoji, tibb və mühəndislik üzrə qəbul planı hələ də ölkənin inkişaf strategiyasına cavab vermir. OECD və UNESCO-nun hesabatlarında göstərilir ki, inkişaf etmiş ölkələrdə ali təhsil planı 10-15 illik proqnozlara əsaslanır, hər ixtisas üzrə məzunların işlə təminat göstəriciləri nəzərə alınır və qəbul yerləri iqtisadiyyatın inkişaf prioritetlərinə uyğun tənzimlənir. Məsələn, Finlandiyada pedaqoji ixtisaslara qəbul yalnız müəllim çatışmazlığı riskinin yüksək olduğu illərdə artırılır, tələbə hazırlığına dövlət sifarişi əvvəlcədən hesablanmış proqnozlarla tənzimlənir. Azərbaycanda isə bu proses daha çox qısamüddətli qərarlarla, siyasi və inzibati göstərişlərlə idarə olunur.
Elm və Təhsil Nazirliyi ixtisas seçimi mərhələsində marifləndirmə işini faktiki olaraq aparmır. Abituriyentlər və valideynlər qəbul planındakı bu dəyişikliklər barədə vaxtında məlumatlandırılmayıb, pedaqoji ixtisasların kəskin azalmasının hansı səbəblərdən qaynaqlandığı açıqlanmayıb. Nazirliyin nə pedaqoji kadr hazırlığı üzrə orta və uzunmüddətli proqnozu var, nə də hansı bölgələrdə, hansı fənlər üzrə müəllim çatışmazlığının qarşısını almaq üçün planlaşdırılmış proqramı. Nəticədə, abituriyentlər ötən ilin ballarına əsaslanaraq seçim edir, amma bu il pedaqoji ixtisasların keçid ballarının 20-40 bal artması ehtimalı nəzərə alınmadığından yüzlərlə gənc seçim zamanı real riskləri qiymətləndirə bilmir. Qanunvericiliyə görə dövlət gənclərin düzgün peşə seçimi üçün peşəyönümlü maarifləndirmə aparmalı, ixtisas seçimi üçün elektron simulyasiya platformaları yaratmalı, əmək bazarının tələbatını ictimaiyyətə açıq şəkildə təqdim etməlidir. Bu öhdəliklər illərdir yerinə yetirilmir və problem ildən-ilə dərinləşir".
Kamran Əsədovun fikrincə, əgər bu siyasət dəyişməsə, ölkə yaxın 5-10 ildə həm müəllim çatışmazlığı, həm də işsiz gənclər ordusunun artması ilə üzləşəcək:
"Pedaqoji ixtisaslarda bu ilki kəskin ixtisarlar keçid ballarını süni şəkildə yüksəldəcək, onlarla abituriyent müəllim olmaq istəyinə baxmayaraq qəbul ola bilməyəcək, nəticədə bu sahədə kadr qıtlığı daha da dərinləşəcək. Dünya təcrübəsi göstərir ki, təhsil planlaşdırması yalnız rəqəmlərlə deyil, strateji ehtiyaclar, iqtisadi prioritetlər və sosial ədalət prinsipləri əsasında aparılmalıdır. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi hələ də təsadüfi və qeyri-elmi yanaşmalarla qərar qəbul edir, qəbul planı siyasətində şəffaflıq və proqnozlaşdırma yoxdur, ictimai müzakirələr aparılmır. Bu boşluqlar aradan qaldırılmayana qədər ixtisas seçimi mərhələsi hər il abituriyentlər və ailələr üçün stress, qeyri-müəyyənlik və haqsız rəqabət mənbəyi olaraq qalacaq".
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ