“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqla müalicə” adlı dəyirmi masa keçirilib
28-07-2025 [11:32]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Hüquqla müalicə” adlı dəyirmi masa keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə səhiyyə, hüquq və ictimai sahələrdə çalışan mütəxəssislər iştirak etmiş, sağlamlığın hüquqi aspektləri və tibbin hüquqi çərçivədə inkişafı mövzusunda geniş fikir mübadiləsi aparılıb.
Dəyirmi masanın əsas məqsədi vətəndaşların sağlamlıq hüququnun Konstitusiya və qanunvericilik çərçivəsində təmin olunması, səhiyyə xidmətlərinə bərabər və ədalətli çıxış imkanlarının artırılması, habelə hüquqi və etik normaların tibb sahəsində tətbiqi ilə bağlı mövcud vəziyyətin və gələcək perspektivlərin müzakirəsi olmuşdur.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etmişdir ki, sağlamlığın qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O bildirmişdir ki, bu sahədə Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir. Ulu Öndər səhiyyəyə sadəcə bir xidmət sahəsi deyil, xalqın gələcəyinin təminatı kimi yanaşırdı. Onun rəhbərliyi dövründə səhiyyənin modernləşdirilməsi, yeni tibb müəssisələrinin tikintisi və tibbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atılmışdır.
Gülarə Verdiyeva həmçinin vurğulamışdır ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət sistemli şəkildə davam etdirilir. Regionlarda tibbi xidmətlərin keyfiyyəti artırılmış, müasir xəstəxanalar və modul tipli tibb müəssisələri istifadəyə verilmiş, elektron səhiyyə və rəqəmsallaşma sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. İcbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq edilərək əhalinin tibbi xidmətə bərabər çıxışı təmin edilmişdir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səhiyyə sahəsinə yönəltdiyi genişmiqyaslı sosial layihələr isə xüsusi diqqətə layiqdir. Onun təşəbbüsü ilə bir çox bölgədə yeni xəstəxanalar və müalicə mərkəzləri tikilərək əhalinin istifadəsinə verilmiş, eyni zamanda aztəminatlı ailələr, uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslər və müharibə iştirakçıları üçün reabilitasiya və psixoloji dəstək proqramları həyata keçirilmişdir. Fondun “Hər uşaq sağlam doğulsun” layihəsi, nadir xəstəliklər və onkoloji xəstəliklərlə bağlı müasir yanaşmalar ölkədə səhiyyənin humanist əsaslar üzərində qurulduğunu göstərir.
Tanınmış alim və mütəxəssislər – Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov, Nəsimi rayon Məhkəməsinin hakimi Nail Abbasov, 1 saylı Uşaq Poliklinikasının baş həkimi Ayşən Lemberanskaya, vəkil Sima Yaqubova, 2 saylı Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova və Qan Bankının şöbə müdiri Əntiqə Xankişiyeva da çıxış edərək sağlamlıq hüququnun təminində hüquqi mexanizmlər, maarifləndirmə, profilaktika və etik çərçivələrin əhəmiyyətindən danışıblar.
Tədbirdə vurğulanıb ki, gələcəyin səhiyyə sistemi yalnız texnoloji yeniliklərlə deyil, insan hüquqlarına söykənən güclü hüquqi və etik baza üzərində qurulmalıdır. Həkim peşəsi ədalət, vicdan və hüquq üçlüyü ilə birləşərək sağlam və hüquqlarını bilən cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı