AFFA iki türkün arasına girdi? - Tarixi futbol qarşılaşması ilə bağlı maraqlı iddialar var
26-07-2025 [23:55]
Nə zamandır idman cameəsi tarixi bir futbol görüşünün ayrıntılarının açıqlanmasını gözləyirdi.
Mia.az xəbər verir ki, “Turan Tovuz” Futbol Klubu (FK) yay hazırlıqları müddətində Cənubi Azərbaycan təmsilşici, İran futbol çempionatının qalibi “Traktor Azərbaycan”la yoxlama görüşü barədə anons vermişdi.
Möhtəşəm bir xəbər idi, elə deyilmi?
İki türk, iki qurd. Biri boz, digəri qırmızı. Dostcasına üz-üzə gələcəkdi.
Kiminsə qazancı yox idi ortada. Sadəcə, iki həsrətli ürək bir-birinə qovuşacaqdı.
Hadisənin mənəvi təntənəsi olduğu kimi, siyasi altı da vardı. Bunu heç kim danmırdı. Amma heç bir don geyindirmədən, hətta görüş üçün başqa ölkənin ərazisini seçməklə (azarkeş izdihamına yol verməmək niyyətilə) tarixi bir ilkə imza atacaqdı “Turan Tovuz”.
Görüş iyul ayının 29-da Türkiyə ərazisində baş tutmalıydı. Hətta ilk xəbərlərdə Türkiyənin Bolu vilayətinin adı çəkilirdi. Açığı, Bolu adını eşidəndə bir az şübhələnmişdik. Bolu Ankara ilə İstanbul arasında dağlıq bir bölgədi. Gediş-gəlişi çətin, yalnız avtobusla, o da 10-15 saat çəkən bir yolçuluğu var Bolunun. Türkiyədə o qədər stadionlar və uyğun məkanlar varkən, iki türkü saatlarla sürən yolçuluqla aparıb dağın başında görüşdürməyin məntiqini adam beynində qura bilmir təbii ki. Düzdü, yoldaşlıq görüşlərinə azarkeşlər buraxılmır. Amma ictimaiyyət və media nümayəndələri ki, var. Onlar bu dağlara necə çıxacaqdı?
Daha sonra eşitdik ki, ümumiyyətlə, görüş mediaya və ictimaiyyətə qapalı olacaq. Olsun. Görüşsünlər nəhayət. Biz olmasaq da olar.
Son xəbərdə deyildi ki, hələ görüşün detalları tam aydın deyil, danışıqlar davam edir. Hələ görüş yeri də razılaşdırılmayıb. Artıq məsələ bəlli idi. “Turan” da bu gün son nöqtəni qoydu.
Məsələ burada bitdimi? Yox.
İki türkün, “iki qurd”un qarşılaşmasına nə mane oldu, bunu bilmək bizim haqqımızdı. Bu qarşılaşmanın taleyinə dair ətraflı məlumat vermək təkcə “Turan”ın yox, AFFA-nın da boynunun borcudu. Niyəsini deməyə ehtiyac varmı? Belə mötəbər yarışmaya dair atılan addımların məgər AFFA-nın iştirakı olmadan həyata keçirildiyini düşünəcək qədər sadəlövhmüyük biz? Ələlxüsus, işin içində siyasi rəng varsa, “Turan”a icazə verərdilərmi sizcə, “özbaşına” bu oyunu danışsın, təşkil eləsin?
Əslində “Turan”a nəyi icazə verdilər ki, məsələn, ötən mövsümdə? Premyer Liqa oyunlarında dəfələrlə hakim haqsızlığına məruz qaldı. AFFA onsuz da fürsət düşən kimi “Turan”ın ayağını tapdalayır. Biz o əsassız cərimələri də unutmadıq. Ötən futbol mövsümü elə məhz “Turan-Tovuz”un, “Araz-Naxçıvan”ın sayəsində bir az rənglənmişdi: standart olaraq dəstək alan klublara göz dağı verməyi bacarmışdılar. Amma təbii ki, AFFA-nın üz döndərdiyi klublar belə psixoloji pressinqə bəzən tab gətirmir və geri çəkilir. Ona görə də “Turan”ın “Traktor”la baş tutmayan görüşünün də arxasında AFFA-nı axtarmağımı qınamayın.
“Traktor”la görüş təkcə mənəvi təntənə deyil. Həmçinin imic və avtoritet söhbətidi. Bunu hər klub istəyərdi. Necə ki, Qurban Qurbanov arzu edirdi. “Traktor Azərbaycan”la görüş “Qarabağ”ın illərdi, arzusu olaraq qalır. Ağdam klubunun dəfələrlə bu görüşə can atdığını eşitmişik. Baş məşqçi Qurban Qurbanov “Traktor” İran çempionu olandan sonra bu barədə suala cavabında ““Traktor”la yoldaşlıq oyunu keçirməyə çox şad olardıq”, - deyə niyyətli olduqlarını gizlətməmişdi.
“Turan”ın qarşısını kəsənlər “Traktor”la görüş üçün “Qarabağ”ın yolunu açsalar, mən AFFA-nın bu oyununun sonunun yaxşı olmayacağı düşüncəsindəyəm.
Amma nə bilmək olur, bəlkə ortada başqa səbəblər də var.
Məsələn, ola bilər ki, “Traktor” geri çəkilib. İran siyasi dairələrinin iradəsinə tabe olublar.
Yaxud, Türkiyə başını cəncələ salmaq istəməyib.
Mən şəxsən bununla bağlı “Turan”dan geniş açıqlama gözləyirəm. Qoy danışsınlar.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"