MDB oyunları ilə bağlı nə baş verir? - Tədbirə dair internet resurslara giriş yoxdur
22-07-2025 [12:58]
Bu ilin sentyabr ayında ölkəmizdə daha bir mötəbər tədbirin keçirilməsi nəzərdə tutulur.
Mia.az xəbər verir ki, “III MDB Oyunları 2025” adlandırılan tədbir Azərbaycanın müxtəlif rayonlarını əhatə edəcək.
Vaxta demək olar ki, çox az qalıb. Belə tədbirlərdə adətən bir neçə ay əvvəldən könüllü və iştirakçı qeydiyyatı başlayır.
Amma indi məlum olur ki, könüllü seçimi ilə bağlı elanlar hələ də qüvvədədi. Əslində, könüllü elanı bu ilin may ayında verilmişdi. İştirakçı və media qeydiyyatı isə gözlənilən idi. Bu yaxınlarda könüllü qəbulu ilə bağlı yeni elan verildi. Maraqlı gəldi. Bir az araşdırdıq.
Məlum oldu ki, tədbirə dair internet resurslarda problem var. Tədbirin nə internet saytına, nə könüllülərin qeydiyyatı linkinə, nə də medianın akkreditasiyası ilə bağlı linklərə girmək mümkün deyil. Keçidlər “error” nişanı ilə əks olunur. Hətta keçən həftə Gəncə mediası könüllülərin qeydiyyatı ilə bağlı müraciət yaysa da, onların qeydiyyat linki də açılmadı. Nə baş verir görəsən?
Bu hal Rusiya ilə ölkəmiz arasında baş verən son hadisələrdən fonunda ortaya çıxsa da, əlaqə yaratmaq istəmirsən. Hərçənd, Rusiya incəsənət nümayəndələrinin Azərbaycandakı çıxışları artıq əngəllənib. Amma MDB oyunlarında da Rusiya nümayəndələrinin iştirakı nəzərdə tutulur. Necə olacaq?
Bu oyunlarda eyni zamanda, digər MDB məkanından yüzlərlə iştirakçı da var axı. Təkcə Rusiya iştirakçılarına görə bütövlükdə tədbirin ləğvi müzakirə mövzusu ola bilərmi? Bəlkə formatda bir dəyişiklik olacaq?
Məlumat üçün qeyd edək ki, “Hər qəlbdə bir qələbə” devizi altında keçiriləcək və maskotları "Bəbir" və "Leyla" olan “2025 MDB oyunları” ilə bağlı qərar keçən il qəbul edilib. Bunun üçün əvvəlcədən bəzi hazırlıq işləri görülüb. Məsələn, 2024-cü ilin aprel ayında Gəncə İdman Sarayının açılışı olub. Çünki oyunların 2025-ci ildə “MDB-nin idman paytaxtı” elan ediləcək Gəncədən başlayacagına qərar verilmişdi.
Bundan sonra Azərbaycan Prezidentinin 2024-cü il 10 iyul tarixli Sərəncamı ilə III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Qeyd edək ki, Azərbaycan Baş nazirin müavini Samir Şərifov III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri Fərid Qayıbov isə sədr müavini təyin olunub.
Yeri gəlmişkən, bu ilin fevralında Təşkilat Komitəsinin ilk iclası keçirilib. Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəhbərliyi ilə keçirilən iclasda oyunlara hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib.
İclasda qeyd olunub ki, III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.
Oyunlarda iştirak üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycan hökumətinin dəvəti əsasında iştirakı nəzərdə tutulur.
Ümumiyyətlə, ilk iclas bir sıra təşkilati və texniki məsələlərin müzakirəsi ilə baş tutub. Təşkilat komitəsinin üzvləri yarış zamanı idman obyektlərinin hazırlığı, nəqliyyat və logistika məsələləri, iştirakçıların yerləşdirilməsi, könüllülərin cəlb olunması, akkreditasiya prosesi, oyunların mediada yayımı, açılış və bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər üzrə geniş təqdimatlar edib.
Onu da qeyd edək ki, yarışlarda 8 ölkədən 1846 idmançı və 2666 nümayəndə iştirak edəcək. Azərbaycanı 349, Rusiyanı 263, Qazaxıstanı 259, Özbəkistanı 257, Belarusu 255, Tacikistanı 202, Türkmənistanı 170, Qırğızıstanı isə 85 idmançının təmsil edəcəyi nəzərdə tutulur.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu