İran Naxçıvana gedən avtobusu niyə saxlayıb? - Açıqlama + FOTO
21-07-2025 [13:42]
Ötən gün gecə saatlarında Bakı-Naxçıvan reysini həyata keçirən üç avtobusun İran gömrüyünü keçdikdən dərhal sonra saxlanılması ilə bağlı məlumat yayılıb. Bu avtobusların 50 nəfərə yaxın sərnişini gecələmək üçün yaxınlıqdakı məscidə göndərilib. Onlara məscid ərazisindən bir kilometrdən artıq uzaqlaşmamaq göstərişi verilib.
Mia.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a saxlanılan avtobusların sərnişinləri məlumat veriblər.
Onların sözlərinə görə, sərnişinlərə nə geri qayıtmağa, nə də digər nəqliyyat vasitəsilə Culfa gömrüyünə qədər getməyə icazə verilir. İran tərəfi sərnişinlərə bildirib ki, avtobus reyslərinin yenidən işə düşməsi üçün Azərbaycan tərəfi Tehrana rəsmi məktub yazıb, icazə istəməliymiş. İran tərəfi onları təhdid edərək avtobusların saxlanılmasını ictimailəşdirməməyi, həmin yerdən aralanacaqları təqdirdə həbs olunacaqlarını bildirib.
Mia.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qafqazinfo-ya bildirilib ki, artıq həmin sərnişinlər Naxçıvana çatıblar: “Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılmışdı. 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq həmin avtobuslar gecə saat 02:00-03:00 radələrində Naxçıvan Avtovağzalına çatıblar.
Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır”.
Qeyd edək ki, Bakıdan Naxçıvana və əks istiqamətə İran ərazisindən keçməklə hərəkət edən avtobus reysləri uzun illərdir ki, fəaliyyət göstərir. İsraillə İran arasında müharibə səbəbindən təhlükəsizlik məqsədilə dayandırılan reyslər iyulun 19-dan etibarən bərpa olunub.
MİA.AZ
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı