ƏLİYEV VURULAN TƏYYARƏMİZDƏN DANIŞDI: "Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər..." - "Bu, uşaq bağçası üçün bir hekayədir və..."
19-07-2025 [19:53]
"Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmayıb".
Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda suala cavabda deyib.
Prezident təəssüflə bildirib ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı Rusiya rəsmilərindən heç bir cavab almamışıq: "Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər. Sual olunur - nə üçün onlar sadəcə hər hansı bir qonşunun edəcəyi addımı atmırlar?”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın tələbləri tamamilə təbiidir:. “Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanı baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a – itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək. Xoşbəxtlikdən, pilotlar cəsarət, şücaət və peşəkarlıq nümayiş etdirdilər. Onlar təyyarəni yerə endirməyi bacardılar, beləliklə biz onu itirmədik. Hadisə yerinə nə baş verdiyini araşdırmaq üçün qrup göndərən kimi, onlar dərhal məlumat verdilər və təyyarənin gövdəsinin deşiklərlə dolu olduğunu çəkdilər.
İçəridə qəlpələrdən yaralanmış iki nəfər var idi. Təyyarəni guya vuran Ukrayna dronunun olması fikri tamamilə gülüncdür. Təyyarəyə iki hücum olub. Beləliklə, təsəvvür edin: Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəfə alır, onu vurur, düşür, sonra yenidən hücum edir. Bu, uşaq bağçası üçün bir hekayədir. Biz nə baş verdiyini bilirik.
Bundan əlavə, Rusiyanın hava məkanı bağlı deyildi - təyyarəyə zərbədən bir neçə dəqiqə sonra bağlandı. Və bu da "Kovyor" əməliyyatını həyata keçirənlərin məsuliyyətidir, biz bunu belə adlandırırıq, nəticədə səma bağlandı. Bütün bunlar bu günkü gün kimi aydındır. Amma artıq yeddi ay keçib, bizim cavabımız yoxdur. Baş prokurorumuz müntəzəm olaraq Rusiya İstintaq Komitəsinin rəhbərinə məktublar göndərir. Lakin bütün məktublara bir cavab gəlir - istintaq davam edir. Biz onun başa çatmasını gözləyəcəyik, amma mən hesab edirəm ki, belə davranış əks-məhsuldardır.
Bu, bizim unutmağımıza səbəb olmayacaq. Biz unutmayacağıq. İndi artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, bu məsələ ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün dosye hazırlayırıq. Başa düşürük ki, bu vaxt apara bilər. Malayziya avaşirkətinə məxsus "Boeing" təyyarəsi işində bu on ildən çox çəkdi. Biz on il gözləməyə hazırıq, amma ədalət zəfər çalmalıdır. Və təəssüf ki, qeyri-müəyyən vəziyyətdə qalmaqda olan bu məsələ Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermir”.
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"