"Əlimlə sağ-salamat xəstəxanaya apardığım adamın gecə saat 23-də mənə meyitini verdilər”
09-07-2025 [17:49]
"Biz lap əvvəldən təklif etdik ki, qeysəriyyə əməliyyatı ilə uşağı götürün. Amma həkimlər razılaşmadılar. Bildirdilər ki, təbii doğuş olacaq. Bunun üçün də yoldaşıma nəsə dərman veriblər. Axırı da belə”.
Mia.az xəbər verir ki, bunu “Teleqraf”a Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəznində olan Perinatal Mərkəzdə doğuş zamanı ölən 33 yaşlı Şəbnəm Kərimovanın həyat yoldaşı İsmayıl Kazımov deyib.
O, hadisəyə görə həkimləri günahlandırıb: “Yoldaşımı apardım xəstəxanaya. Günorta saat 12-də əlimlə ötürdüm içəri. İki saat sonra gəldilər ki, övladınız sağ-salamat doğulub, təbrik elədilər, gözaydınlığı verdilər, muştuluq alıb getdilər. Mən də sevinc içində oturub gözlədim.
Bu arada gəlib dedilər ki, gedin, uşağı, ananı sonra görərsiniz. Razılaşmadıq, oturub gözlədik. Dedik, icazə verin, görək sonra gedək. Başladı vaxt uzanmağa, beş dəqiqə sonra, 10 dəqiqədə gözləyin, indi içəri keçəcəksiniz və sair. Bir də gördük qan gətizdirirlər. Mən də elə bildim başqasına lazımdır. Sən demə mənim yoldaşıma görə gətirirlərmiş qanı. Qanaxmanı kəsə bilməyiblər, yoldaşım da dünyasını dəyişib. Əlimlə sağ-salamat xəstəxanaya apardığım adamın gecə saat 23-də mənə meyitini verdilər”.
İ.Kazımov həyat yoldaşının ölümündə Perinatal Mərkəzin həkimləri Gültac Vidadi və ginekologiya şöbəsinin baş “mamaça”nı və xəstəxananın baş tibb bacısını əvəz edən Sevinc Hüseynovanı ittiham edir: “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir. Həkimlərdən şikayətçiyəm. Yazılı olaraq hələ heç bir yerə müraciət etməmişəm. Dünən hüquq-mühafizə orqanlarının nümayəndələri orada olub. Orada iki həkimi olub - Sevinc və Gültac, ikisindən də şikayətim var. Bu gün yoldaşımı aparıb dəfn edib gəlmişəm. Gözüm görə-görə mənim yoldaşımı öldürdülər, buna durub baxacam mən?”
Ailə başçısının ittihamları ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının, həkimlər Gültac Vidadi və Sevinc Hüseynovanın mövqeyini öyrənmək isə mümkün olmayıb. Belə ki, adıçəkilən şəxslər agentliyin telefon zənglərinə cavab verməyiblər.
TƏBİB-in rəsmi məlumatına görə, 1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub: “Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
08.07.2025-ci il tarixində saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb”.
Xatırladaq ki, 2024-cü ildə də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınmışdı. Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova oktyabrın 26-da uşaq dünyaya gətirmək üçün doğum evinə gətirilib. Zəhra Zamanova reanimasiya şöbəsinə yerləşdirilib, lakin uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. O, ertəsi gün xəstəxanada vəfat edib.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK