AFFA-da Qurban Qurbanovsuz daha bir iclas... - Baş məşqçi niyə “ofsayd”da qalıb? (VİDEO)
26-06-2025 [23:38]
AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib və Komitə üzvü, “Qarabağ” Futbol Klubunun (FK) baş məşqçisi Qurban Qurbanov yenə iclasda iştirak etməyib. Nə sirrdisə, bu dəfə də iclas Qurban müəllimin səfərinə tuş gəlib və o, rayona gedib.
Mia.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarları strateji əhəmiyyət daşıyır və həmin komitədə futbola birbaşa bağlı olan iki adam varsa, biri də Q.Qurbanovdur.
O isə artıq 6-cı dəfədi ki, ayağını iclasa basmır.
Mia.az-ın əməkdaşı bundan əvvəlki vaxtlarda dəfələrlə Qurbanova İcraiyyə Komitəsinin üzvü olaraq orada müzakirə olunan bəzi mövzularla bağlı sual verib, amma baş məşqçi iclasda olmadığını əsas gətirib və cavab verməyib.
Sonuncu dəfə ondan “Deyirlər ki, siz İcraiyyə Komitəsinin üzvlüyündən çıxmısınız”, - deyə soruşanda isə Qurbanov ümumiyyətlə, belə suallara cavab verməyəcəyini demişdi:
- Çox xahiş edirəm, mənə ümumiyyətlə, İcraiyyə Komitəsi ilə bağlı sual verməsəniz, daha yaxşı olar.
- Axı orada vacib məsələlər müzakirə olunur.
- Mənim xəbərim olmayan məsələlər müzakirə olunursa, bir fikir bildirə bilmərəm ki, buna. Mənim ümumiyyətlə, o barədə (yəni, iclas – Z.M.) düşünməyə vaxtım yoxdu. İnanın ki, heç evdə normal olmuram. Ancaq iş, oyun, yenə iş.
Başa düşürük. Qurbanovun qrafiki sıxdı. Amma komitə üzvü seçiləndə bunları bilmirdimi? Komitənin fəaliyyətində iştirakının məsuliyyətini qəbul etməmişdimi?
Komitə üzvü olaraq məsuliyyətləri, yəni texniki tapşırığı yoxmu? Bu fəaliyyət ictimai əsaslarla olsa da, üzvlərin öhdəlikləri var. Belə komitələrin fəaliyyəti həmçinin daxili təlimat qaydaları ilə tənzimlənir. Futbol mütəxəssisi olaraq Komitənin işində iştirak etmirsə, bu, ümumi işə zərər deyilmi?
Yoxsa Qurbanova ehtiyac yoxdu?
Yoxsa o Komitə ümumiyyətlə, formal bir qurumdu?
Bəlkə Qurbanov müzakirə edilən məsələlərə uzaqdan, onlayn münasibət bildirir? Texnologiya, zoom iclaslar dövrüdü artıq, ola bilər, məncə. Çünki, futbol mütəxəssisi olaraq Qurbanovun fikirlərinin İK-nin fəaliyyətinə ciddi yardım ola biləcəyinə hamı inanır. Komitə üzvü seçiləndə ictimaiyyət bunu çox xoş qarşılamışdı. Qurbanov ümidləri niyə boşa çıxarır?
Hər dəfə iclas olanda, o, səfərə çıxır, ya da tədbiri olur. Bu dəfə də Qarabağ bölgəsində idi. İclasla səfərin vaxtını uyğunlaşdırıb Qurbanovun iclasda iştirakına şərait yaratmaq olardı, məncə.
Əgər dediyim kimi, AFFA İcraiyyə Komitəsinin fəaliyyəti əgər formal, “quş” qoymaq üçün keçirilmirsə.
Əgər Qurbanov məqsədli şəkildə o iclaslardan qaçmırsa.
Əgər Qurbanov o iclaslarda arzuolunmaz şəxs deyilsə.
Daha nə deyim?
Ən yaxşısını böyüklər bilir, deyəsən.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb