"Forex investisiyası" qalmqalı: bir qrup şəxsi kim aldadıb?
26-05-2025 [15:58]
Son vaxtlar Azərbaycanda "investisiya" dələduzluğu artmaqdadır. Redaksiyamıza müraciət edən vətəndaşlardan biri "Forex investisiyası" adı altında aldadıldığını iddia edir. Şikayətçinin sözlərinə görə, onu aldadan şəxs "Bir dənə çay verərsən?" sualı ilə tanınan Elnur Xəlilovdur.
Mia.az xəbər verir ki, Oxu.Az-a danışan şikayətçi Kamran Nizami oğlu Salayev bildirir ki, uzun müddət dostluq etdiyi Elnur Xəlilov ona ümumilikdə 180 min manat maddi ziyan vurub.
Vətəndaşın sözlərinə görə, E.Xəlilov özünü ona "təcrübəli investor" kimi təqdim edib:
"Təxminən dörd-beş ildir, onunla tanışıq. Mənə dedi ki, "Forex" bazarı ilə məşğuldur və yatırım edərək birgə gəlir əldə edə bilərik. Evimi satmışdım, ilk olaraq ona 70 min manat verdim. Daha sonra fərqli vaxtlarda əlavə pullar da verdim. Ümumilikdə, 180 min manat vəsaitimi mənimsədi".
Kamran Salayev qeyd edib ki, Elnur Xəlilov hər ay ona 3 500 - 4 000 manat gəlir vəd edib, lakin vədin əksinə olaraq, ayda 800 manat olmaqla, 10 ay ərzində cəmi 8 min manat ödəyib:
"Mən kapitalı artırmaq üçün gəliri götürməyib pulumu sistemdə saxlayırdım. 2025-ci ilin yanvar ayının 9-dan bu günə qədər Elnur Xəlilovla heç bir əlaqə qura bilmirəm. Nə zənglərə cavab verir, nə də ortada görünür".
Şikayətçi bu məsələdə tək olmadığını, Elnur Xəlilovun eyni metodla başqa vətəndaşlardan da pul topladığını bildirib:
"Mənimlə birlikdə bir neçə dostum da Elnura pul verib. Bizim verdiyimiz ümumi məbləğ 1 milyon 300 min manat civarındadır. Amma mənim məlumatıma görə, Elnur Xəlilov ümumilikdə 5-6 milyon manat civarında vəsait toplayıb".
Zərərçəkmiş şəxs bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə yazılı müraciət etdiyini və şikayətinin Bakı Şəhər Baş Polis İdarəsi vasitəsilə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə yönləndirildiyini qeyd edib: "İndiyə qədər heç bir nəticə yoxdur. Heç kim suallarıma cavab vermir".
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov açıqlamasında bildirib ki, vətəndaşların şikayətləri əsasında ərazi polis orqanında araşdırma aparılır.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu