SİMA rəqəmsal imza: tətbiq niyə gecikdi?
13-05-2025 [14:14]
SİMA rəqəmsal imza Dövlət Vergi Xidmətinin fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmətlərinə inteqrasiya olunub.
Mia.az xəbər verir ki, bu qərarı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şərh edib.
O, bildirib ki, bundan sonra sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaiməni, vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə biləcək: "Altı ay müddətində tətbiqdən abunəhaqqı ödəmədən istifadə etmək imkanı da yaradılıb. İndiyədək yalnız xarici şirkətə (Best Solutions) məxsus identifikasiya vasitəsi olan “ASAN imza” ilə bu xidmətləri əldə etmək olurdu. Hazırda təxminən 1 milyonadək aktiv “Asan imza” istifadəçisi var. Başqa sözlə, “Best Solutions” şirkəti hər ay 2 milyon manatdan çox bu resursdan gəlir götürür. Yəni yetərincə gəlirli bir sektorda - identifikasiya bazarında indiyədək rəqabətli bir mühit yox idi".
Osman Gündüz qeyd edib ki, SİMA-nın DVX-yə inteqrasiyası 2 il çəkib: “Hiss olunurdu ki, inteqrasiyada maraqlı olmayanlar da var. Maraqlı olmayanlar da sektorda hamıya məlum idi. Son zamanlar DVX-nin rəqəmsal transformasiyasına xeyli vəsaitlər yatırılıb, AVİS sisteminin söykəndiyi İT infrastruktur xeyli inkişaf etdirilib. Bir müddət öncə DVX mobil tətbiq də istifadəyə verib. Yenicə AZCON Holdinqin tərkibinə qatılan “AzInTelecom”da biometriyaya əsaslanan SİMA rəqəmsal imza infrastrukturunu xeyli genişləndirib.
SİMA-nın populyar və ictimai əhəmiyyət kəsb edən biznes xidmətlərinə inteqrasiyası, Azərbaycanda imza bazarında rəqabətli mühitin formalaşması sahəsində DVX və “AzInTelecom”un səyləri təqdirəlayiqdir. Bütün bunlar ölkədə əlverişli biznes mühitinin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Düşünmək olar ki, bununla da adında ASAN sözü olmasına baxmayaraq ASAN Xidmətə dəxli olmayan, xarici şirkətə məxsus identifikasiya vasitəsinin – “ASAN imza”nın inhisarçılığına son qoyuldu.
Lakin nəzərə almaq lazımdır ki SİMA-nın hələlik hüquqi şəxslər və dövlət qurumları üçün inteqrasiyası başa çatmayıb. Ümid edirəm SİMA-nın dövlət sektoruna , biznes mühitinə inteqrasiyanı də tezliklə başa çatdırarlar. Yeri gəlmişkən, həm də ümid edirəm ki, sahibkarlar üçün güzəşt müddəti başa çatdıqdan sonra SİMA rəqəmsal xidmətindən istifadə üçün tariflər də əlçatan olacaq”.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub