Samir Abasov: “Klub rəhbərlyi ilə fikirlərimiz üst-üstə düşür” - VİDEO
07-05-2025 [00:22]
Misli Premyer Liqasının builki mövsümü artıq yekunlaşır. Hətta çempionu da vaxtından əvvəl elan ediblər.
Premyer Liqanı tərk edəcək komanda da göz önündədi. Son turların oyunları da turnir cədvəlində elə böyük dəyişikliklərə səbəb olmayacaq. Uzaqbaşı hansısa komandanın yeri 1-2 pillə dəyişə bilər. Necə ki, “Neftçi” son turlarda 6-cı və 7-ci yerlər arasında “gedib-gəlir”.
Mövsümə pis başlayan “ağ-qara”ların düşdüyü situasiyanın analizə ehtiyac var, əlbəttə. Komanda mövsümün əvvəlində bəzi fırtınalardan keçdi və hələ də Emin Mahmudovun kapitanlıq dartışması aktual olaraq müzakirədədi. Kapitanlıq sarğısının ondan alınmasının komandanın mənəvi çöküşünün səbəbi kimi anlayanlar da var.
Mövzuya bundan sonrakı yazılarda yenə dönəcəm. Amma indi diqqətimdə 33-cü turda “Kəpəz”son oyun və “Neftçi”nin öz meydanında azarkeşlərini növbəti dəfə məyus etməsinin ardından keçirilən mətbuat konfransında “Neftçi”lərin komandasının baş məşqşisi Samir Abasovun “mia.az”ın əməkdaşının sualına verdiyi cavabdı.
“Kəpəz”lə oyun heç-heçə (2:2) bitsə də, onun nəticəsi “Neftçi” üçün təsəlliverici deyil. Sadəcə, əvvəlki turda turnir cədvəlində 7-ci yerə düşən “neftçi”lər bu 2 xalla əvvəlki 6-cı yerə qayıdıblar. Samir Abasovun sevimli 6-cı yerinə.
“Mən bu komandaya gələndə 8-ci yerdə idi, onu 2 pillə qaldırmışam”, - deyən baş məşqçi yaydan bəri 6-dan heç yuxarı qalxa bilməyib.
Mövsüm başa çatır, bu müddətdə müxtəlif tənqidlərlə üz-üzə qalan S.Abasov arada sərt təpki versə də, ümumən, vəziyyətlə barışmış kimi görünür. Hətta Azərbaycan kuboku uğrunda oyunlarda finala çox yaxın olsa da, şansını əldən verən “Neftçi”də hazırda gündəmin mövzusu növbəti mövsümə hazırlıq prosesidi, deyə bilərik. Ötən həftədən etibarən ekspertlər arasında növbəti mövsüm üçün klub rəhbərliyinin hansı addımlar atacağı, “Neftçi”də baş məşqçi postuna yeni namizədlərin ola biləcəyinə dair müzakirələr gedir.
Xatırladaq ki, bu mövsümdə “Neftçi”də baş məşqçi dəyişikliyi edilib: yayda ukraynalı mütəsəssis Roman Qriqorçuk Samir Abasovla əvəz olunub. S.Abasov əslində həmin vaxtlarda çətin vəziyyətdə olan “Sumqayıt”ı atıb “Neftçi”yə gəlmişdi və azarkeşlərin ondan gözləntiləri vardı.
İndiki durumda klub rəhbərliyinin növbəti mövsüm üçün planları ilə yanaşı, baş məşqçi olaraq S.Abasovun da taktiki addımları və proqramı var.
Bununla bağlı mia.az-ın əməkdaşının sualına S.Abasov maraqlı cavab verib:
- Samir müəllim, bir mövsüm başa çatdı və sizin üçün o qədər də uğurlu olmadı. Halbuki, siz bir az üsyankar, bir az motivasiyalı və bir az da iddialı gəlmişdiniz. Amma necə deyərlər, qismət belə imiş. Sizin yəqin “Neftçi” üçün gələcək planlarınız var, hansısa bir taktiki proqram tutmusunuz özünüzçün. Sizin fikirləriniz, planlarınızla klub rəhbərliyinin planları üst-üstə düşəcəkmi? Nə düşünürsünüz? Sizin irəli sürdüyünüz təkliflər, rəhbərlik tərəfindən necə qarşılana bilər? Çünki hazırda “Neftçi”nin indiki durumu yenə də baş məşqçinin üzərinə gətirir nəzərləri, hər kəs bir günah keçisi axtarmağa çalışır, amma mütəxəssislər bildirir ki, əgər bir klubda uğursuzluq varsa, tez-tez baş məşqçi dəyişməyin də faydası olmur. Bu çox da yaxşı taktiki gediş deyil. Yəni sizinçün tənqidlərlə yanaşı, eyni zamanda mütəxəssis olaraq xoş fikirlər də səslənir. Yəqin ki, qulağınıza gəlib çatır. Siz necə düşünürsünüz, irəli sürdüyünüz proqramlar, fikirlər klub rəhbərlyi tərəfindən necə qarşılana bilər? Hər hansı işıq ucu varmı, siz yenidən daha əzmkarlıqla davam edəcəksiniz bundan sonra və sizin fikirlərinizlə klub rəhbərliyinin qərarlarında bir uyğunsuzluq olmayacaq?
- Suallarınıza görə çox sağ olun, təşəkkür edirəm, həddindən artıq çox yaxşı suallar idi. Əlbəttə, neyləyəcəyimizə dair proqramımız var. Yüzdə yüz əmin olun ki, rəhbərliklə fikirlərimiz üst-üstə düşür. Biz onları, onlar bizi anlayır. Bizdə baş verən proseslərin ən yaxşı tərəfi də odu ki, hamı əslində baş verənləri anlayır və qəbul edir. O ki qaldı tənqidlərə, hətta mən çempion olan ildə də, özümüzün formalaşdırdığı komandanın ikinci yeri tutduğu ildə də tənqidlər və hətta təhqirlər vardı. Bunları artıq normal qəbul edirik.
O ki qaldı indiki situasiyada ekspertlər, jurnalistlər, medianın bizə anlayış göstərməsinə, bu, mənimçün çox önəmlidi və buna görə minnətdaram. Bu situasiyada, söhbət təkcə mənim vəziyyətimdən getmir, ümumiyyətlə, “Neftçi”nin hazırkı durumunda bizi anlamağa çalışan hər kəsə çox təşəkkür edirəm.
Zülfiyyə Mustafayeva
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb