Sabiq deputatdan nazirlik və UNEC-ə haqlı sual: "Əgər diplom verilməyəcəksə, niyə qəbul aparılır? - 70 məzun fəryad edir
05-05-2025 [23:49]
Elm və Təhsil Nazirliyinin (ETN) əməkdaşları tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunlarına diplomların verilməyəcəyi söylənib.
Bu barədə sözügedən filialın maliyyə ixtisasında təhsil almış və məzun olan tələbələr məlumat veriblər.
Onlar iddia ediblər ki, diplomun verilməməsi ilə bağlı mövzu işıqlandırıldıqdan sonra nazirlik əməkdaşları tərəfindən bir-bir tələbələrə zənglər edilərək, diplomlarının verilməyəcəyi bildirilib:
"Mətbuatda bizim problemimiz işıqlandırıldıqdan sonra nazirliyin əməkdaşlarından bir-bir məzunlara zəng gəlir. Bizə deyirlər ki, "sizi kim filiala qəbul edibsə, onun yanına gedin, onu məhkəməyə verin. Bizdən diplom gözləməyin". Biz başa düşə bilmirik, məhkəməyə verin deyəndə kimi nəzərdə tuturlar - Rusiya Təhsil Nazirliyini, Azərbaycan Elm və Təhsil Nazirliyini, yoxsa UNEC rektorunu?"
Qeyd edək ki, bir müddət öncə sözügedən məzunlar Oxu.Az-a müraciət edərək, diplomlarının verilmədiyini bildiriblər. Onlar Rusiya vətəndaşlarının diplomlarının verildiyi halda onların diplomlarının niyə verilmədiyini anlaya bilmədiklərini söyləmişdilər. Həmçinin vurğulamışdılar ki, 2023-cü ilə qədər bütün məzunlar diplomlarını alıblar, yalnız 2023-24-cü ildə məzun olan 70 tələbə diplom ala bilmir.
Məsələ ilə bağlı UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev Oxu.Az-a açıqlamasında qeyd edib ki, ETN əməkdaşlarının zəng edib diplom verilməyəcək deməsi doğru deyil:

"ETN diplom blanklarını UNEC-ə təqdim etməlidir ki, məzunlar diplomla təmin edilsinlər. Diplom blanklarının təqdim edilməməsinin səbəbi göstərilməlidir. Heç bir səbəb bildirilmədən zəng edərək diplomların verilməyəcəyini demək doğru deyil. Diplomun hansı səbəbə verilməməsi əsaslandırılmalıdır. Əks halda bu, tələbələrin hüquqlarının pozulmasıdır. Niyə diplom ala bilmədiklərini öyrənmək haqları var. O gənclər neçə il əziyyətlə oxuyub, təhsil alıblar. Əgər diplom verilməyəcəksə, niyə qəbul aparılır? Plan yerləri niyə təsdiqlənir? Diplom verilməyəcəksə, elan olunmalıdır ki, daha oraya heç kim qəbul üçün can atmasın".
O, həmçinin qeyd edib ki, məzunlara diplomların verilməsi universitetlərin səlahiyyətinə verilsə, yaxşı olar:
"Biz o vaxt Milli Məclisdə müzakirə edəndə məsələ qaldırdıq ki, məzunlara diplomları universitetlərin özləri hazırlayıb təqdim etsinlər. Bunu niyə ETN hazırlayıb göndərir? Diplomlar ilə təmin edilmədə yaranan yubanmalar bununla aradan qalxa bilər. Yaxşı olar ki, elə məzunların diplomlarını universitetlər özləri hazırlayıb, özləri də təqdim etsinlər. Bu səlahiyyətin onlara verilməsi müsbət nəticə verə bilər".
Məsələ ilə bağlı hüquqşünas Hikmət Əliyev qeyd edib ki, tələbələr öz haqlarını tələb etmək üçün məhkəməyə müraciət etməlidirlər:

"Onlar məhkəmə qarşısında iddia qaldırmalıdırlar. Diplomlarının hansı səbəbdən verilmədiyini öyrənməlidirlər. Məhkəməyə müraciət etmək onların hüququdur. Məhkəmədə iddia qaldırıldıqdan sonra məsələ araşdırılıb, bununla bağlı yekun qərar veriləcək. Əgər 2023-cü ilə qədərki məzunlar diplomlarını alıblarsa, yalnız 2023-24-cü il məzunları ala bilmirlərsə, həmin 70 tələbə birlikdə məhkəməyə müraciət etsin, sübutlar təqdim edilsin, məsələ araşdırılsın. Ondan sonra məhkəmə tələbələrin diplomla təmin edilməsinə dair qərar qəbul edə bilər".
Qeyd edək ki, məzunların iddialarına cavab almaq üçün mayın 1-də Elm və Təhsil Nazirliyinə rəsmi sorğu ünvanlanıb. Məsələnin araşdırıldıqdan sonra cavab veriləcəyi bildirilsə də, heç bir geri dönüş edilməyib.
Xatırladaq ki, "Media haqqında" Qanuna görə, informasiya əldə edilməsi barədə yazılı sorğuya "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov