Malyariyaya qarşı sağlam gələcəyin təmin olunması ictimaiyyətin birgə məsuliyyətidir - Təranə Tağızadə yazır
25-04-2025 [18:17]
Azərbaycan Pediatrlar Assosiasiyası olaraq hər il aprelin 25-də qeyd olunan Ümumdünya Malyariya ilə Mübarizə Günü münasibətilə bu xəstəliklə mübarizədə həm beynəlxalq, həm də ölkədaxili səyləri dəstəklədiyimizi bəyan edirik.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 60-cı sessiyasında qəbul olunmuş qərara əsasən bu günün qeyd olunması malyariyaya qarşı qlobal mübarizəyə diqqəti artırmaq məqsədi daşıyır. Malyariya ağcaqanadlar vasitəsilə yayılan və hər il dünyada 300 milyondan çox insanı təsirə məruz qoyan ciddi infeksion xəstəlikdir. 2000-ci ildən bəri dünyada 2,2 milyard malyariya və 12,7 milyon ölüm hadisəsinin qarşısını alınıb. Lakin ÜST-ün yeni hesablamalarına görə, xəstəlik bütün dünyada, xüsusən də Afrika da əsas ictimai sağlamlıq təhlükəsi olaraq qalır.
2008-2014-cü illər ərzində Azərbaycan Pediatrlar Assosiasiyasının üzvləri ölkəmizdə malyariyaya qarşı mübarizə layihəsinin hazırlanmasında və elmi sübutlara əsaslanan müalicə protokolunun tərtibində fəal iştirak edib. Bu protokol BMT-nin xüsusi təlimləri və 97 sual-cavabdan ibarət sınaq mərhələsinin uğurla tamamlanmasından sonra təsdiqlənib və tətbiq olunub.
Azərbaycan Pediatrlar Assosiasiyası ÜST-ün malyariyaya qarşı mübarizə proqramını ölkə reallıqlarına uyğun şəkildə adaptasiya edərək, xüsusilə malyariyanın yüksək riskli olduğu bölgələrdə genişmiqyaslı fəaliyyət həyata keçirib. Bu proses Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin layihəsi çərçivəsində, BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə təşkil olunub. Region həkimləri ilə birgə təlimlər keçirilib, elmi sübutlara əsaslanan müalicə protokolları hazırlanıb və əhali arasında maarifləndirmə tədbirləri genişləndirilib. Bu əməkdaşlıq nəticəsində ölkədə effektiv əks-epidemik tədbirlər sistemli şəkildə həyata keçirilib.
Hazırda ölkəmizdə yerli yoluxma hallarına rast gəlinməməsinə baxmayaraq, profilaktik və əks-epidemik tədbirlər davamlı şəkildə aparılır. Bu istiqamətdə görülən işlərin təməlində tarixi bir irs dayanır.
Tanınmış alim, epidemioloq, Əməkdar Elm Xadimi, professor Tağı Tağızadə hələ 1970-80-ci illərdə malyariyaya qarşı mübarizə sahəsində mühüm bir təklif irəli sürüb. Onun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə evkalipt ağaclarının əkilməsi və gambuziya balıqlarının su hövzələrinə buraxılması ilə bağlı layihə həyata keçirilib. Bu bioloji mübarizə metodları nəticəsində malyariyanın yayılmasının qarşısı uğurla alınıb və bu töhfə günümüzdə də ölkəmizin səhiyyə tarixində nümunə olaraq xatırlanır.
Assosiasiya olaraq bildiririk ki, malyariya kimi qarşısı alına bilən xəstəliklərə qarşı elmi yanaşma, ictimai maarifləndirmə və davamlı profilaktik tədbirlər həlledici rol oynayır. Biz bu istiqamətdə beynəlxalq əməkdaşlığa açıq olduğumuzu, eləcə də ölkəmizdə bu xəstəliyin nəzarətdə saxlanılması üçün öz töhfəmizi verməyə davam etdiyimizi vurğulayırıq.
Sağlam gələcəyin təmin olunması hər bir səhiyyə işçisinin və ictimaiyyətin birgə məsuliyyətidir.
Təranə TAĞI-ZADƏ,
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri,
Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti,
Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının
dosenti, tibb üzrə fəlsəfə doktoru
MİA.AZ
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!