"Beynəlxalq Bank" və "Kapital Bank" "dollar əmanətləri" ilə oynayır - Vəkil elə faktları yazdı ki...
21-04-2025 [14:53]
Beynəlxalq Bank və Kapital Bank aşkar şəkildə sistem əhəmiyyətli bank statusundan sui-istifadə edərək dollar əmanətləri üzrə müştərilərə yüksək faizlər təklif edirlər.
Son dövrdə bir sıra banklarımız dollar əmanətləri üzrə faiz dərəcələrini artırıblar.
Səbəb bəllidir: devalvasiya gözləntisi (qorxusu) olanlar (əsaslı olub-olmaması başqa məsələdir) manatda əmanət yerləşdirməkdən çəkinir.
Dollar əmanətləri üzrə faiz dərəcəsi isə son illər ərzində çox aşağı idi – 1-2%.
Xatırladıram ki, xarici valyutada qorunan (sığortalanan) əmanət faiz dərəcəsi 2,5%-dir: yəni bu dərəcədən yuxarı yerləşdirilən əmanətin sığortası yoxdur və bank ləğv olunduğu halda pul batacaq (məlum olduğu kimi, müflis banklarda olan-qalan vəsaitin başına da Əmanətlərin Sığortalanması Fondu daş salır, buna görə sığortasız əmanətçilərə heç nə çatmır/və ya qəpik-quruş çatır).
Hazırda isə bir neçə bankımız 3-5% dərəcəsi ilə sığortasız dollar əmanəti qəbul edir. Manat əmanəti üzrə qorunan (sığortlanan) faiz dərəcəsi 12% olsa da, devalvasiyadan qorxanların bir qismi sığortasız əmanət qoymağa cürət edir. Yəni onlar sanki deyir: bankların bağlanma ehtimalı devalvasiya ehtimalından daha aşağıdır.
Beynəlxalaq Bank və Kapital Bank isə yaranmış vəziyyətdən sui-istifadə edərək 4%-lə dollar əmanəti qəbul etməyə başlayıblar. Məsələ burasındadır ki, onlar sistem əhəmiyyətli banklardır. Yəni onlar bank sistemimiz üçün o qədər əhəmiyyətlidir ki, dövlət onların bağlanmasına heç vaxt yol verməyəcək. Çünki onlar nəinki kapital və aktivlərinə görə ölkənin iki ən iri bankıdır, həmçinin bir sıra layihələrin (pensiya kartları, məmurların maaş kartları və s.) də icraçısıdırlar. Yadınızdadır, bir neçə il əvvəl Beynəlxalq Bank faktiki müflis idi, amma dövlət milyardlarla vəsait xərcləyərək onun batmasına yol vermədi.
Odur ki, onlar da indi dollar əmanətləri üzrə yüksək faizlər müəyyən edərək faktiki olaraq hüquqdan sui-istifadə edir və digər bankların haqqına girirlər (bunun formal olaraq haqsız rəqabət olub-olmaması Rəqabət Məcəlləsinin axtalığını nəzərə alaraq başqa məsələdir, lakin hüquqdan sui-istifadə aşkardır). Təbii ki, dollar əmanətçiləri üçün bu iki bank daha təhlükəsiz olduğu üçün onlara üstünlük verəcəkləri ehtimalı yüksəkdir. Bu isə sağlam rəqabət prinsiplərinə ziddir...
P.S. Cədvəldə yaşıl rənglə sığortasız dollar əmanət faizi təklif edən banklar qeyd olunub. Qırmızı rənglə isə onların haqqına girən iki bank.
Əkrəm Həsənov
MİA.AZ
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb