İsrailli girovlardan ölən var? - HƏMAS əlaqənin itdiyini deyir

img

16-04-2025 [00:15]


"İsrailli girov hərbçi və onun üzərindəki nəzərətçilərimizlə əlaqəmiz itib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsraili şoka salan bu bəyanatı HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Kassam Tuqayları yayıb.

Bəyanatda İsrail tərəfindən birbaşa hədəf alınan ikili  vətəndaşlığı olan (ABŞ və İsrail) olan əsir götürülmüş əsgər Edan Alexander və onu saxlayan qrupla əlaqə yarada bilmədikləri etiraf olunub.

Tuqayların mətbuat xidmətinin rəhbəri Əbu Ubeydə isə bildirib ki, onlar İsrail tərəfindən vurulub: "İndi biz əsirin saxlayan hərbçilərimizələ təmas qurmaq üçün bütün imkanları işə salmışıq. Təəssüf ki, nəticə görünmür..."

Xatırladaq ki, HƏMAS aprelin 12-də həmin əsgərin videomüraciətini yaymışdı

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR