"Futbol qumarı"nın "monopolist"ləri: “Misli”, “Topaz” və ya Rövşən Nəcəfin təhdidi...
15-04-2025 [18:03]
Aprelin 11-də AFFA-nın hesabat yığıncağında çox maraqlı və hətta cinayət mövzulu qalmaqal yaşanıb.
Mia.az Poliqon-a istiandla xəbər verir ki, AFFA-nın yığıncağında danışılmış oyunlarla bağlı məsələ müzakirəyə çıxarılıb. Bəzi iştirakçılar danışılmış oyunlardan və mərclırdən narahatlıqlarını ifadə ediblər və bundan sonra AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev klublardan xahiş edib ki, danışılmış oyunlara və mərcləri nəzarətdə saxlasınlar.
Sərxan Hacıyevin klublara belə qəribə xahişlə müraciət etməsi isə AFFA prezidenti Rövşən Nəcəfin xoşuna gəlməyib və AFFA prezidenti replika ilə çıxış edərək bildirib ki, danışılmış oyunlara getməməyi xahiş yox, tələb etmək lazımdır.
Doğrudan da Rövşən Nəcəfin bu replikası yerində səslənib və bəlkə də bu replika səslənməsəydi, AFFA rəsmisinin bu xahişi rəzalət kimi tarixə düşəcəkdi. Çünki danışılmış oyunların cinayət xarakteri daşıdığını nəzərə alarsaq, Sərxan Hacıyevin xahişi heç də yerinə düşmür. Belə çıxır ki, cinayət edən tərəfdən elədikləri cinayətləri nəzarətdə saxlamağı xahiş olunur və bu da absurddur.
Xatırladaq ki, AFFA-da danışılmış oyunların müzakirəyə çıxarılması da təsadüfi deyil. Məsələ ondadır ki, Primyer Liqa və mərclər UEFA-nın nəzarətində olduğuna görə, Azərbaycan Primyer Liqasında danışılmış oyunların “nəzarətdə saxlanılması” da artıq problemə çevrilib və AFFA-da cidanı çuvalda gizlətmək üçün hərəkətə keçib...
Qeyd edək ki, elə ötən həftə keçirilən oyunlarda 3 matçda oyunların danışıldığı açıq şəkildə hiss olundu. Onlardan biri “Turan Toviz”la “Sabah” arasındaa keçirilmiş oyun oldu. Birinci hissədə “Turan” “Sabah”a uduzsa da, hakim fasilədə “Sabah”ın futbolçusuna qırmızı vərəqə göstərib və ikinci hissədə “Turan Tovuz” 2-1 qalib gəlib. İkinci oyun “Sumqayıt”la “Şamaxı” kubları arasında keçirilən oyundur ki, “Sumqayıt” birinci hissə 1-0 üstünlüklə başa vursa da, ikinci hissədə isə “Şamaxı” iki qol vurub. Üçüncü danışılmış oyun isə “Neftçi” və “Zirə” arasında baş tutub. “Neftçi” birinci hissədə 2-0 öndə olsa da, matç 4-2 hesabı ilə “Zirə”nin xeyrinə bitib. Qeyd edək ki, bu üç oyunda “drob” əmsallar 60 mindən artıq olub və bu da dələduzluğun səviyyəsini açıq şəkildə göstərir.
Maraqlıdır ki, bir çox AFFA rəsmiləri bu tip cinayət xarakterli dələduzluqlara qarşı mübarizə aparmır, sadəcə danışılmış oyunları “nəzarətdə saxlamağa” çalışır. Bu da AFFA-nın vitse-prezidenti Sərxan Hacıyevin “xahişində” özünü təsdiq edir. Bu günə qədər AFFA-nın tarixində hansısa danışılmış oyunun araıdırılması ilə bağlı heç bir nümunə də yoxdur...
İşin daha maraqlı tərəfi isə odur ki, danışılmış oyunları kim idarə edir?
Açığı, dələduzluğun mərkəzləşdirilmiş şəkildə həyata keçirildiyini nəzərə alarsaq, ilk baxışda bunu edə biləcək iki qurum diqqəti cəlb edir. Onlardan biri elə AFFA-nın özü, digəri isə “Misli”dir. Ya da danışılmış oyunları AFFA “Misli” ilə birlikdə idarə edir...
Xatırladaq ki, “Milsi” və “Topaz” Azərbaycanda futbol mərclərinin rəsmi və monopolist dileri kimi çıxış edirlər və əslində bu iki mərc kontoru da bir əldən idarə olunur.
“Misli” həmçinin Azərbaycan primyerliqasının rəsmi sponsorudur və “Misli”nin sponsorluğu AFFA-nın hesabatında da keçir ki, bu barədə ikinci yazımızda...
Vəkil olmaq istəyən 104 nəfər şifahi müsahibədən keçib - SİYAHI
Türkiyə S-400-ü Suriyaya yerləşdirir? - Amerikalı senatorlar Departamentə məktub yazdı, "Bu, İsrailə problem yaradacaq" dedilər
Sabah yağış yağacaq
Çin liderinin adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
Ərdoğan səfərə hazırlaşır: "Bunlar hədlərini bilmirlər"
Azərbaycan prezidenti Çin lideri ilə görüşdü - FOTOLAR (Yenilənib)
Sumqayıtda ağac kəsintisi araşdırılır
Bakıda və Abşeronda yağış yağacaq
Şərur sakininin meyiti su quyusuna atılıb (Yenilənib)
Mehriban Əliyeva, qızı Leyla Əliyeva və ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar
Aybəniz Haşımovanın 1200 manatını ələ keçiriblər: "Maraqlıdır ki, Aynişanın yazdığı cümləni mənə yazmışdı..."
Rəssam Putinin Trampa hədiyyə etdiyi portretin sirrini açdı: "Putin zəng etdi, dedi ki..." - "Bir qəpik almadım" (FOTO)
Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Azərbaycan-Çin arasında mühüm sənədlər imzalandı: strateji tərəfdaşlıq və... - FOTOLAR
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı - Açıqlama
ÇİN TRAMPI YERİNDƏ "OTUZDURDU" - ABŞ prezidenti "Tarifi düşürəcəyik", - deyərək, geri çəkildi
Mərkəzi Bank inflyasiya proqnozunu artırdı - İzahat
“Abzas Media”nın əməkdaşları hakim qarşısına çıxarıldı
İraqda yaralanan Türkiyə hərbçisi şəhid olub
Azərbaycan neftinin qiyməti 70 dollar oldu
Lerikdə əməliyyat: 3 nəfər saxlanıldı
Cennifer Lopez Səudiyyə Ərəbistanında beə geyindi: "...yenidən görməyə səbirsizlənirəm!"- FOTO
ZELENSKİ PUTİNƏ GÖRÜŞƏ HAZIR OLDUĞUNU DEDİ: "Qeyd-şərtsiz atəşkəsə hazırıq" - "Bu, Putinin oyunudur, lakin biz..."
İstanbulda palet fabrikində güclü yanğın olub - FOTO
Pakistann Baş naziri Ərdoğanı canlı yayımda təriflədi: "Böyük lider təkcə cəsur deyil, həm də..."
Ərdoğan Pakistann Baş naziri ilə bir arada: "Azərbaycanla birgə yeni addımlar atacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın xüsusi nümayəndəsi Moskvaya gedir - Ağ Ev xəbəri təsdiqlədi
Tramp Ərəb ölkələrinə səfərə hazırlaşır - Tarix bəlli oldu
İsrail Xarici İşlər Nazirliyindən heyrət doğuran qərar: Papanın ölümü ilə bağlı əvvəl paylaşma oldu, daha sonra isə silindi
Departamentdən Pekinə ittiham: "Çin qarayara, vəba və sair yoluxucu xəstəlikləri yaymaq üçün..."
Hindistanda turistlərə silahlı hücum: 20 nəfər ölüb, 10 yaralı var
Kaya Kallas Bakıya gəlir - İLHAM ƏLİYEVLƏ GÖRÜŞ OLACAQ
Myanmada atəşkəs... - Çin ölkəyə nümayəndə heyəti göndərib
Ruben Vardanyan Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər (FOTOLAR, YENİLƏNİB)
İrəvana gedən türkün “qovluğ”unda nə var? - TƏHLİL
İlham Əliyev və xanımı Çinə ikigünlük rəsmi səfərə gedib - Yeni sənədlər imzalandı + FOTOLAR (YENİƏNİB)
Əfsanəvi qapıçısı İker Kasilyas imicini dəyişib - FOTO
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
"ƏDALƏT"DƏ QALMAQAL: İlyas İsmayılovdan boşalan partiya sədri postuna 4 iddiaçı var - "Partiyanın əmlakını niyə onlara həvalə etməliyəm?"
UN NEÇƏYƏDİR? - Son qiymət açıqlanıb
Gəncədə məktəblilər arasında yenə dava: bir şagird xəsarət alıb
"Fənərbağça" 39 yaşlı hücumçu ilə bağlı yekun qərarı verdi