RƏSMİ MOSKVADAN DİQQƏTÇƏKƏN MESAJ: "Putinlə Trampın görüşünə hazır olmalıyıq"

img

14-04-2025 [09:00]


"ABŞ-la münasibətlər yüksələn xətlə davam edir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində qeyd edib.

O bildirib ki, əlaqələrin bərpası asan deyil: "Qarşılıqlı etimadın gücləndirilməsi üçün kiçik də olsa, yüksələn xətt üzrə addımlar atılır. Əlbəttə, dərhal nəticə əldə etmək mümkün deyil. İki ölkə çox böyük problemlər var. Biz səbirlə münasibətlərin yaxşılaşmasına doğru gedirik. Atılmalı çoxlu addımlar var. ABŞ-ın əvvəlki administrasiyası dövründə Rusiya-ABŞ münasibətlərinə nə qədər ziyan dəydiyini anlamaq lazımdır. İndi onun nəticələrinin aradan qaldırılması istiqamətində ciddi iş aparılır".

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüş ehtimalı barədə suala gəldikdə isə Peskov bildirib ki, belə bir görüş gec-tez olacaq: "Əlbəttə, gec-tez görüş olacaq. Buna hazır olmalıyıq".

Zülfyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR