İcra başçıları ilə Mehbalıyevin kürəkənini nə bağlayır? - Milyonluq maliyyə əməliyyatlarının görünməyən tərəfləri
31-03-2025 [17:18]
Ötən il ərazində Abşeron rayon İcra Hakimiyyəti toplam 7 tender keçirib.
Mia.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bu tenderlər üzrə 5 milyon 314 min 41 manat pul xərclənib.
Bildirək ki, bu müsabiqələrə yolların təmiri, bina fondunun yenilənməsi, park tikintisi, Xırdalan şəhərinin işıqlandırılması və digər işlər daxildir.
Məsələnin maraqlı tərəfi odur ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərəzliyev bütün bu tenderləri bir şirkətə verib. Söhbət “PROQRESS İNŞAAT EN” MMC-dən gedir.
Abşeronda hər işi görən bu şirkətlə İcra Hakimiyyəti arasında o qədər dərin bağlar var ki, Fərəzliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü” ilə əlaqədar tədbirin təşkili işlərini də bu şirkətə etibar eib. Bunun üçün də 190 min 331 manat pul da alıb.
“PROQRESS İNŞAAT EN” MMC ümumilikdə 2024-cü il ərazində cəmi 15 tenderə qatılıb. Onun 7-si Abşeron rayon İcra Hakimiyyətinin, 2-si Sumqayıt İcra Hakimiyyətinin (toplam 2 milyon manata yaxın), ikisi isə Beləqan İcra Hakimiyyətinin (toplam 637 min manat) keçirdiyi tenderlər olub. Bundan başqa, MMC “AZƏRİSTİLİKTƏCHİZAT” ASC 250 minlik, AMEA-nın 120 minlik, Biləsuvar İC-in 33.5 minlik, SDU-nun 83.2 minlik müsabiqələrini də ala bilib.
Nəzərinizə çatdıraq ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.
Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlunun barəsində kifayət qədər geniş məlumatlar var.Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir.
Bu məlumatın mövcudluğu onu deməyə əsas verir ki, Abidin Fərzəliyevlə şirkət arasındakı simsarlıq elə bu yeznə-kürəkən məsələsinə bağlıdır. Yəni, Abşeronun icra başçısı kənar adama deyil, elə Mehbalıyevin kürəkəninə tenderləri verməklə, lazım olanda bu odioz məmurun əli ilə işlər görməyə çalışır.
Yazıda adı keçən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb