"Kiyev ABŞ-nin verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək" - Zelenski

img

28-03-2025 [23:29]


"Kiyev ABŞ-nin verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək".

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna ABŞ-dən əvvəlki çərçivə sənədindən tamamilə fərqli olan kritik faydalı qazıntılar üzrə yeni saziş layihəsi alıb.

"Biz dəstəyə görə minnətdarıq, lakin bu kredit deyil və biz buna icazə verməyəcəyik".

Bundan əvvəl “Evropeiskaya pravda” nəşri məlumat verib ki, Ukrayna və ABŞ arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən göstərilən bütün yardımları kompensasiya etməyi tələb edir. Onun məbləği 120 milyard dolları keçə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 01.04.2025

Bakıda qatar adam vurub