Kərə yağının qiyməti bahalaşıb - "Nə edək, yaşamayaq?!” - “Zirzəmidə hazırladıqları naməlum mənşəli yağların üzərinə..."
22-02-2025 [10:58]
Son aylarda Azərbaycanda kərə yağı qiymətlərində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata yüksələrək 2,3% artım göstərib.
Eyni dövrdə idxal kərə yağının qiyməti isə 19,53 manatdan 19,79 manata qalxaraq 1,3% artım olub.
“Yeni Müsavat”ın əməkdaşı bir neçə marketdə olub, qiymətlərlə maraqlanıb. Qeyd edək ki, Bakıda kərə yağı qiymətləri markaya, çəkisinə və satış nöqtəsinə görə dəyişir. Nizami rayonunda yerləşən supermarketlərin birində qiymətləri öyrənirik. Misal üçün:
“President” yağı (1 kq, 82%) - 34 AZN
Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28.55 AZN
Almaniya istehsalı olan “Gerda” (1 kq) isə 27.50 AZN
“Best Cow” yağı (1 kq) - 23.19 AZN
“Westgold” (1 kq) - 23.90 AZN
Zellandiyanın “Colden Crown” yağı (1 kq) - 22.90 AZN
Belarusun “BelMas” (1 kq) yağı - 22.90 AZN
“Maslo Litovskoe” (1 kq) - 21.99 AZN
“Zellandiya” yağı (1 kq) - 21.50 AZN
“Golden Crown” yağı (1 kq) - 17.90 AZN
“Belorusskoe” (1 kq) - 20.99 AZN
“Tulçinka” (1 kq) - 9.28 AZN-ə satışa qoyulub.
Göründüyü kimi, marketlərdə qiymətlər ötən aylara nisbətən xeyli artıb. Alıcılar deyir ki, qiymətlər demək olar ki, hər gün bahalaşır.
Bizimlə söhbətdə Bakı sakini Zərifə Məmmədovanın sözlərinə görə, ötən ay aldığı yağın qiyməti üç dəfə artıb: “Baxın bu, ”BelMas" yağını ötən aylarda 19 manata alırdım, indi 23 manata olub. Mədəm xəstədir, hər yağı yeyə bilmirəm, ucuz yağ yeyən kimi ziyanın çəkirəm. Bu yağa öyrəşmişəm, amma az sayda gətirilir, özü də baha qiymətə. Pulumuz elə yağa çatır".
Ziyafət adlı alıcı da qiymətlərin baha olmasından şikayətləndi: “Dünən aldığımız məhsulu bu gün başqa qiymətdə görürük, belə şey olar? Bütün malların qiyməti qalxıb, amma yağın qiymətinə çata bilməz. Ən ucuz kərə yağları belə bahalaşıb. Nə edək, yaşamayaq?!”
Yeri gəlmişkən, bazarda yerli istehsalçılar və fərdi satıcılar tərəfindən təklif olunan təbii nehrə yağları da mövcuddur. Onların qiymətləri keyfiyyətə və satıcıya görə dəyişə bilər. Amma mütəxəssislərə görə nehrə yadı adı altında satılan bu yağlar da əsil deyil, işbazlar buna da əl ataraq, insanları aldadırlar.
İqtisadçı ekspert Xalid Kərimli bizimlə söhbətdə deyib ki, kərə yağının bahalaşmasını Avropada heyvandarlıqda məhsuldarlığın azalması və dünya bazarında süd məhsullarının qiymətinin artması ilə əlaqələndirir: “Azərbaycanda bir çox istehsalçılar xammalı xaricdən idxal etdikləri üçün, qlobal qiymət dəyişiklikləri yerli bazara da təsir edir. Bundan əlavə, ölkədə südlük istiqamətli heyvanların sayının tələbatı tam ödəməməsi və iqlim dəyişiklikləri kimi amillər də qiymət artımına səbəb olan digər faktorlardır”. Ekspertə görə, keçən il 14 ay ardıcıl olaraq dünyada yağ qiymətlərində, ağartı məhsullarının qiymətlərində bahalaşma müşahidə edilib: “Yağ məhsulları ölkəmizə əsasən üç istiqamətdən idxal olunur. Birinci istiqamət Okeaniya bölgəsidir - Yeni Zelandiya və Avstraliyadan gətirilir. Orada heyvandarlıq yaxşı inkişaf edib. İkinci istiqamət isə MDB məkanıdır - Rusiya və Belarus. Üçüncü istiqamət isə Qərbi Avropa ölkələridir - Fransa, Niderlanddır. Yəni, hər üç istiqamətdə dünyada yağ qiymətlərinin bahalaşması müşahidə olundu və təbii ki, bu, bizim bazarlara da təsir göstərdi. Dünyada qiymətlər niyə bahalaşdı? Çünki tələbat çox idi. Hazırda isə stabilləşmə var. Amma bu bahalaşma uzun müddət, noyabrdan etibarən bir ildən çox davam etdi və qlobal səviyyədə təsirini göstərdi. Buna görə də bizim bazara da təsir etdi”.
Ekspertə görə 2024-cü ilin sentyabr ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (təxminən 9,5 manat) olsa da, pərakəndə satış şəbəkələrində bu məhsulun qiyməti 20,9 manata qədər yüksəlmişdir. Bu, idxal qiymətləri ilə satış qiymətləri arasında əhəmiyyətli fərqin olduğunu göstərir.
Noyabr ayında isə kərə yağının qiymətində əlavə artım qeydə alınıb. Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan “Belarus” kərə yağı, dekabr ayında 23,95 manata qədər bahalaşıb. Bu, bir ay ərzində təxminən 10% qiymət artımı deməkdir. Ümumiyyətlə, kərə yağı qiymətlərinin artması həm qlobal bazarlardakı dəyişikliklər, həm də yerli istehsal və idxal xərclərinin yüksəlməsi ilə əlaqədardır.
Sosioloq Elçin Bayramlının isə kərə yağı ilə bağlı fikri diqqət çəkir: “Zirzəmidə hazırladıqları naməlum mənşəli yağların üzərinə Rusiya, Belarus markalarının adlarını yazıb, Kremlin, Minskin şəkillərini yapışdırıb sırıyırlar camaata. Camaat da elə bilir 14-15 manata Belarus və ya Rusiya kərə yağı alır. Halbuki Belarus yağı Bakıdakı öz rəsmi dükanlarında 25 manatdır. Yalnız bağlamanın arxasında xırda hərfləri oxuyan adamlar başa düşür ki, bu əslində Böyükşorda, filan dalanda, ya da Abşeron rayonunun Məhəmmədi kəndində fiziki şəxs filankəs tərəfindən hazırlanıb. Bu adamların ana dilimizə tüpürməsi, əcnəbi sözlərlə insanları aldatması bir yana qalsın, bəs palma və ya marqarindən düzəldilmiş bu trans yağları yeyib xərçəngə və sair ağır xəstəliklərə tutulan adamları kim müalicə edəcək? Əlbəttə ki, dövlət. Deməli, bunlar həm dövlətə zərbə vurur, həm əhaliyə. Bir aidiyyəti orqan da yoxdur ki, bunlarla məşğul ola. Qida bazarında tam anarxiya və özbaşınalıqdır. Yadda saxlayın- marketlərdə təbii qida adına heç nə yoxdur”.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb