"Rabitəbank"da hesabı olan şəxsin pulunu otelə köçürüblər? - Şikayət + Rəsmi reaksiya
16-02-2025 [23:30]
"Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) müştərilərindən biri iddia edir ki, onun hesabındakı vəsaitlər silinərək, Türkiyədə obyektin hesabına köçürülüb.
Müştəri baş verənlərə görə bankı günahlandırır. İddia edir ki, onun hesab kartının nömrəsini özündən və bankdan başqa kimsə bilməyib. Əgər özü Türkiyədə oteldə olmayıb və ödəniş etməyibsə, hesab edir ki, baş verənlər bankın günahı üzündən yaşanıb.
Mia.az Patrul.az-a istinadən xəbər verir ki, “Rabitəbank”ın müştərisi Maksim Sandurskiy başına gələnlərə görə bankı məhkəməyə verib. İddia ərizəsində ona dəymiş həm maddi, həm də mənəvi ziyanın ödənilməsini tələb edib.
Şikayətçi bildirib ki, bir neçə ildir bu bankın müştərisidir. Günlərin birində kartına dörd dəfə müdaxil edilib və hissə-hissə olmaqla, 240 manat pul çıxılıb. Araşdıranda görüb ki, çıxılan pul Türkiyənin Çorum şəhərindəki bir otelin hesabına köçürülüb: “Halbuki, nə mən orada olmuşam, nə də mənim kart hesabımı bankdan başqası bilir. Bank haqqnda qaydalara görə, mənim kartıma müdaxilənin qarşısı alınmalı idi. Amma bunu etməyiblər”.
Şikayətçini narazı salan həm də bu olub ki, baş verənlərdən sonra o, banka zəng edib, məsələnin araşdırılmasını, günahkarların cəzalandırılmasını, kartından çıxan vəsaitin geri qaytarılmasını, bu işləri görən şəxslər haqqında hüquq-mühafizə orqanlarına məlumat çatdırılmasını istəyib: “Lakin bank əməkdaşları cinayət yolu ilə mənim bank kartımdan çıxarılmış pulun kim tərəfindən çıxarılması barədə araşdırma aparılmasını xahiş edəndə məndən xidmət haqqı adı ilə əlavə 30 manat pul tələb elədilər”.
Onun sözlərinə görə, bankın səhlənkarlığı nəticəsində ziyan çəkməsinə, dəfələrlə müxtəlif instansiyalara, o cümlədən polis idarəsinə və banka gedib pulunun geri qaytarılmasını tələb etməsinə baxmayaraq, “Rabitəbank” dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməyib: “Sonradan dedilər ki, iş üzrə araşdırma aparılması üçün əlavə vəsait ödəməliyəm. Əks halda, mənə vurulmuş zərəri qaytarmayacaqlar. Mən də etiraz elədim. “Rabitəbank” rəhbərliyi və əməkdaşlarının səhlənkarlığı nəticəsində sarsıntı keçirmişəm”.
O, məhkəmədə bankdan maddi ziyana görə 240 manat, mənəvi ziyan üçün 1000 manat təzminat istəyib.
“Rabitəbank” ASC müştərinin iddiası ilə razılaşmır. Bankın nümayəndəsi ehtimal edir ki, müştəri əvvəllər hansısa ödəniş əməliyyatları zamanı kart nömrəsini xarici saytda yazıb və beləliklə, üçüncü şəxs tərəfindən ələ keçirilib. Kartın nömrəsi əl ilə POS terminalda yazılıb və vəsait silinib:
“Müştəri bu dələduzluq əməliyyatlarını vaxtında aşkar edəndə dərhal tədbir görməliydi. Ən azı, Mobile Арр / Bank / Azericard vasitəsi ilə bloklanmalı idi. Müştəri Chargeback (etiraz) sorğusu ilə banka müraciət etməli idi. Heç birini eləməyib. Müştəriyə 30 manat komissiya qarşılığında sözügedən əməliyyatların geri qaytarılma cəhdi üçün banka hansı şəkildə müraciət edilməli olduğu bildirilsə də, kartını blok etməyib, etiraz sorğusu ilə banka müraciət etməyib”.
Nümayəndə əlavə edib ki, artıq uzun müddət keçdiyinə görə vəsaitin geri qaytarılması ilə bağlı bank heç bir tədbir görə bilməz.
“Rabitəbank”ın nümayəndəsi müştərinin nə maddi, nə də mənəvi ziyanla bağlı hissədə iddiasının təmin olunmamasını xahiş edib.
Xatırladaq ki, bu bankı rəhbərliyində ölkənin nüfuzlu şəxsləriin qohumları təmsil olunurlar.
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb