Nazir "Böyük Dəbilqə"nin açılışına niyə gəlmədi? - Fərid Qayıbov yola salınacaq?
15-02-2025 [23:59]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyi növbəti dəfə mənfi hərəkətlə diqqət çəkib.
Mia.az Supersport.Az-a istinadla xəbər verir ki, ötən gün Bakıda cüdo üzrə dünya səviyyəli "Böyük Dəbilqə" beynəlxalq turnirinin açılış mərasiminə nazirlikdən kimsə gəlməyi lazım bilməyib.
Milli Gimnastika Arenasında keçirilən yarışa Gənclər və İdman Nazirliyinin rəhbərliyindən kimsə gəlməyib. Fərid Qayıbovun başçılıq etdiyi nazirliyin rəsmiləri bundan əvvəl dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunan matça gəlməmişdi.
Gənclər və İdman Nazirliyinin rəhbərliyindən fərqli olaraq "Böyük Dəbilqə" yarışının açılış mərasiminə Milli Olimpiya Komitəsinin rəsmiləri təşrif buyurub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi, prezident İlham Əliyevin bacısı oğlu Azər Əliyev turnirə gəlib, idmançıların mükafatlandırmasında iştirak ediblər. gün Bakıda keçirilən cüdo yarışının açılış mərasiminə gəlincə, əvvəlcə turnirdə iştirak edən 36 ölkənin bayrağı tamaşaçılara təqdim olunub.
Ardından Azərbaycan cüdoçularının ötən il əldə etdikləri nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Bakının belə mötəbər turnirə ev sahibliyi etməsinin ölkə idmanının inkişafı baxımından əhəmiyyətindən danışıb. O, Azərbaycan cüdoçularının "Paris-2024" Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazandığını xatırladıb. Federasiya rəhbəri milli komandanın üzvlərinin bu turnirdə də ümidləri doğruldacaqlarına inandığını bildirib. R.Nəbiyev yarışın təşkilində dəstəyinə görə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerə təşəkkür edib.
M.Vizer Paris Olimpiadasında qazanılan uğurlara görə Azərbaycanı təbrik edib, "Azərbaycandan zövq alın" deyib. "Böyük Dəbilqə"də iştirak edən bütün idmançılara uğurlar arzulayan İJF rəhbəri, turniri açıq elan edib.
Azərbaycan Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirildikdən sonra final görüşlərinə start verilib.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə"də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur. Turnirdə ümumilikdə 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparır.
Xatırladaq ki, ötənilki cüdo üzrə "Böyük Dəbilqə" yarışının açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva iştirak etmişdi. Lakin Mariana Azərbaycanın bədii gimnastika yığmasında baş məşqçi çalışan zaman gimnastları döyməkdə ittiham olunduğu üçün Gənclər və İdman Nazirliyindən qovulub. Prezident İlham Əliyev 2021-ci ildə bolqar Mariana Vasilevanı gənclər və idman nazirinin müavini təyin etmişdi. Ancaq Mariana Vasileva fəaliyyətində verdiyi ciddi nöqsanlara görə, nazirlikdən kənarlaşdırılıb.
İddia var ki, nazir Fərid Qayıbov da vəzifədən kənarlaşdırılacaq.
MİA.AZ
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb