Sübhan Talıblı: "Ermənilərin tarixi reallıqlarla barışmaqdan başqa çarələri yoxdur"
14-02-2025 [23:47]
Qarabağ münaqişəsi və buna bağlı ərazi iddiaları, Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən siyasi və hərbi gərginliklərə səbəb olub. Bu məsələ, yalnız regional bir problem olmaqla qalmayıb, həm də beynəlxalq güclərin müdaxiləsi ilə daha da mürəkkəbləşib. Tarix boyu erməni tərəfi, öz ideoloji və siyasi məqsədləri uğrunda, xüsusən də Azərbaycanın ərazilərinə olan əsassız torpaq iddialarını əsaslandırmağa çalışıb.
Bunu özlərinin tarix kitablarında da göstərmək istəyib.
Hazırda isə Ermənistanın 11-ci sinifə aid tarix kitablarından Birinci Qarabağ müharibəsi ilə bağlı bir sıra məsələlərin çıxarılmasına başlanılıb. “Artsax Azadlıq Müharibəsi”, “Artsaxda müstəqilliyin bərpası: Artsax Respublikasının yaradılması prosesi”, “Artsax problemi” kimi mövzular dərsliklərdən çıxarılıb. Dəyişikliklərin məqsədini hökumətin Qarabağdan imtinasının təhsil standartlarında tətbiq etmək olduğu bildirilib.
Mia.az-ın məlumatına görə, mövzu ilə bağlı AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba “Memorial Soyqırımı Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Sherg.az-a danışıb:
O bildirib ki, “Erməni məsələsi”, “erməni problemi”, “uydurma erməni soyqımı”, “Böyük Ermənistan” ideyası-faktı, əsası, hüququ olmayan, xüsusilə böyük dövlətlərin Türkiyə, Azərbaycana və türk-islam aləminə qarşı istifadə etdiyi məsələdir: "Hazırda da bundan istifadə olunmaqdadır. Ermənilərin əsassız torpaq iddiaları zaman-zaman Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Gürcüstana qarşı irəli sürülüb. Baxmayaraq ki, tarixi Azərbaycan topraqlarında yerləşdirilən ermənilər bu günə qədər də sözügedən iddalarından əl çəkməyiblər. Təbii ki, müxtəlif adlar, ideyalar və məqsədlərə xidmət edən ermənilər çar Rusiyası, Sovet Rusiyası, regional və beynəlxalq güclərdən hərtərəfli dəstək alaraq onların siyasətinə və məkrli planlarına xidmət ediblər.
Ermənistanın konstitusiyasında, yerli və xarici KİV-lərdə, elmi ədəbiyyatında, ali və orta məktəb dərslərində, xarici ölkələrdə fəaliyyət göstərən qurumlarında və s. həmişə Türkiyəyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb, kitab və məqalələr çap etdiriblər.
Lakin Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu, 44 günlük Vətən müharibəsi, Azərbaycan siyasi, iqtisadi, hərbi gücü, Cənubi Qafqazda aparıcı rol oynaması Ermənistanı və onu dəstəkləyən beynəlxalq güclərlə Azərbaycanın haqqa və beynəlxalq hüquqa söykənən davasının olmasına səbəb olub. Bu, Ermənistan hökumətini tarixi gerçəkliklə razılaşmağa, əsassız ideoloji iddialardan əl çəkməyə vadar edib. Azərbaycan ictimaiyyəti olaraq erməni hiylələrini və Azərbaycan xalqına qarşı etdiklərini heç zaman unutmamalı, nəzərdə saxlamalı, ehtiyatla və həssaslıqla yanaşmalıyıq.
Tarixi adları dəyişdirilən Azərbaycan ərazilərinə məxsus olan yerlərə aid qondarma və uydurma “Artsax Azadlıq Müharibəsi”, “Artsaxda müstəqilliyin bərpası: Artsax Respublikasının yaradılması prosesi”, “Artsax problemi” kimi mövzuların dərsliklərindən çıxarılmasında Azərbaycanın güclü olması, rəsmi İrəvanın müttəfiqlərinin onları dəstəkləmələrinin hüquqi cəhətdən düzgün olmaması, regionda qüvvələr balanasının dəyişməsi, Azərbaycan Prezidenti İlham Əliyevin yüksək peşəkarlıq qabiliyyəti, Türk Dünyası amili, Azərbaycan ordusunun peşəkarlığı-amillərinin də təsiri mühüm rol oynayıb".
Ekspert sonda erməni tərəfinin də artıq Qarabağın tarixən olduğu kimi, bu gün də Azərbaycan torpağı olduğunu bildiyini söyləyib. Qeyd edib ki, ermənilərin tarixi reallıqlarla barışmaqdan başqa çarələri yoxdur.
MİA.AZ
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib