KOBİA nümayəndə heyəti “Veysəloğlu”na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib - FOTOLAR
14-02-2025 [10:31]
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin əməkdaşları Məhəmmədi qəsəbəsində yerləşən Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) məxsus Logistika Mərkəzində olublar.
Mia.az-ın məlumatına görə, ziyarət çərçivəsində qonaqlar VŞQ-nin təsisçisi və İdarə Heyətinin sədri Aydın Talıbov və Qrupa aid olan biznes subyektlərinin rəhbərləri ilə birlikdə Logistik Mərkəzin iş fəaliyyəti ilə yaxından tanış olublar. İnfotur çərçivəsində KOBİA üzvlərinə pərakəndə sektoru əhatə edən tədarük zəncirinin necə həyata keçirilməsi ilə bağlı dolğun məlumat verilib, bəzi əməliyyatların icrası canlı nümayiş edilib.
KOBİA nümayəndələri Logistika Mərkəzinin yerləşdiyi ərazidə fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupuna məxsus “Xonça” istehsalat fabrikinin iş fəaliyyəti ilə də yaxından tanış olublar.
Ardınca nümayəndə heyətlərinin iştirakı ilə tərəflər arasında ətraflı fikir mübadiləsi aparılıb. Aydın Talıbov qonaqlara Veysəloğlu Şirkətlər Qrupu və ona aid olan biznes subyektləri, eləcə də, pərakəndə sektorun mərkəzi dağıtım sistemlərinin fəaliyyətinin kiçik və orta sahibkarların inkişafına necə dəstək verməsi ilə bağlı prosesi ətraflı izah edib.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov da mövzu ilə bağlı fikirlərini bildirib, pərakəndə sektorun kiçik və orta sahibkarlara dəstək olmasının zəruriliyini vurğulayıb. Qərara gəlinib ki, kiçik və orta sahibkarların pərakəndə sektor nümayəndələri ilə görüşlərinin daha da intensivləşməsi, bu sahədə olan çətinliklərin həlli istiqamətində lazımi addımların atılması məqsədəuyğundur. Həmçinin tərəflərin iştirakı ilə birgə Forumun keçirilməsi ilə bağlı da ilkin razılıq əldə olunub.
Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müşavir İlqar Nuri “Araz” və “OBA” marketlər şəbəkələrinin kiçik və orta sahibkarlara verdiyi dəstək və bundan doğan nəticələrlə bağlı ətraflı video təqdimat edib.
Qafqazın ən böyük logistika mərkəzlərindən biri olan Veysəloğlu Şirkətlər Qrupuna məxsus Məhəmmədi Logistika Mərkəzinin təməli 2017-ci ildə qoyulub. Mərkəz həm Keyfiyyət idarəetmə, həm də Əməyin mühafizəsi üzrə beynəlxalq İSO 9001 standartlarına layiq görülüb. Logistika Mərkəzi 22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq və donmuş məhsullar saxlanılır. Anbar gündəlik 6000 palet mal qəbul edir və 4000 mağazaya məhsul təminatını həyata keçirir.
Logistika mərkəzində həmçinin soyutma sistemləri, dondurucu və soyuducularla təchiz olunan soyuq anbar da fəaliyyət göstərir. Müasir texnologiya və innovativ üsullarla hazırlanmış xüsusi soyutma sistemli daşınma nəqliyyat vasitələri ilə qida məhsulları soyuq zəncir prinsipi qorunmaqla satış nöqtələrinə çatdırır.
Logistika Mərkəzinin yerləşdiyi ərazidə Veysəloğlu Şirkətlər Qrupuna məxsus “Xonça” istehsalat fabriki də fəaliyyət göstərir. “Xonça” beynəlxalq standartlara uyğun qurulub və müştərilərə 200-dən çox məhsul çeşidi təqdim edir. Fabriki Qafqazın ən böyük şirniyyat istehsal məntəqələrindən biridir və burada aylıq 1000 tondan çox məhsul istehsal edilir. Fabrikdə müxtəlif növ ətirli çörəklər, bulkalar, tortlar və digər şirniyyat və un məmulatları istehsal olunur.
Logistika Mərkəzi və “Xonça”da ümumilikdə 3000 nəfər əməkdaş çalışır.
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb