Ölkəmizdə ilk dəfə keçiriləcək Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu
07-02-2025 [15:52]
Martın 4-də Gülüstan Sarayında “Facemark” və “İNCİ - İşgüzar xanımların ünsiyyət klubu”nun birgə təşkilatçılığı ilə Qadın Liderləri Zirvəsi keçiriləcək.
Mia.az-ın məlumatına görə, tədbir “Fərqlərin Bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri və fikir öndərlərini bir araya gətirəcək. Bütöv günü əhatə edəcək tədbir zamanı iştirakçılar fərqli sahələrdən olan qadınların panel mövzuları üzrə çıxışılarını dinləyəcək, onların təcrübələrindən öyrənəcək və liderlikdə bərabərliyin, həmçinin fərdlərin deyil, fərqlərin bərabərliyinə vurğu edəcəklər.
“Qadın Liderləri Zirvəsi”ndə müxtəlif sahələrdən olan ekspertlər liderlik, innovasiya və rəqəmsal transformasiya mövzularını müzakirə edəcəklər. “Lider qadın, yoxsa qadın lider?”, “İnnovasiya və strateji yanaşmalar” və “Rəqəmsal trendlər dövründə qadınlar” panellərində peşəkar moderator və spikerlər müxtəlifliyin gücünü ön plana çəkərək, fərqli təcrübə və bacarıqların bir-birini necə tamamladığını nümayiş etdirəcəklər.
Tədbirin açılış paneli olan “Lider qadın, yoxsa qadın lider?” mövzusunda Kapital Bank ASC-nin İdarə Heyətinin üzvü Fərqanə Məmmədova moderatorluq edəcək. Paneldə Aynur Süleymanlı (“ABB”nin Baş direktoru), Gülzar Quliyeva (“GDG Professionals” şirkətinin təsisçisi) və Nigar Baimova (“Ders Evi” İnnovativ təhsil mərkəzinin Baş direktoru) çıxış edəcəklər.
“İnnovasiya və strateji yanaşmalar” panelinə isə “PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin Marketinq direktoru Gülşən Cumayeva moderatorluq edəcək. Paneldə Natəvan Məmmədova (İslam Ticarət və İnkişaf Palatasının (ICCD) Qadınların İqtisadi Gücləndirilməsi üzrə rəhbəri), Mehriban Nəzərova (“PAŞA Real Estate”in Təşkilati İnkişaf direktoru), Günay Cəlilova (“Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini), Tuğra Musayeva (“PAŞA Holdinq” MMC-nin İnnovasiyalar şöbəsinin müdiri) və Aysel Gülməmmədova (“Baku Design Acdemy”nin təsisçisi) öz təcrübələrini bölüşəcəklər.
Son panel olan “Rəqəmsal trendlər dövründə qadınlar” isə “FutureBright” şirkətinin Azərbaycan üzrə Ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə keçiriləcək. Paneldə Gülbəniz Qənbərova (Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri), Elnarə Nəhmədova (“Beauttech” gözəllik salonları şəbəkəsinin təsisçisi), Nigar Ələsgərova (“INSUN” mərkəzinin təsisçisi) və Aynur Xəlilova (“Dably Baku”nun təsisçisi) çıxış edəcəklər.
Yazıçı, publisist Aqşin Yenisey və “Azprint” şirkətinin təsisçisi Səidə Qasımova məruzəçi qismində çıxış edəcəklər.
Zirvə zamanı qadın liderlərin uğur hekayələri, innovativ yanaşmalar və rəqəmsal dünyada qadınların rolu ətrafında geniş müzakirələr aparılacaq. Tədbir iştirakçıları müxtəlif sahələrdə çalışan peşəkarların fikirlərindən ilhamlanaraq yeni imkanlar, təcrübələr qazana biləcəklər.
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak üçün zirvənin rəsmi veb səhifəsinə (www.qlz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.
https://www.instagram.com/qadinliderlerizirvesi/
https://www.facebook.com/profile.php?id=61565512810752
https://www.linkedin.com/company/qad%C4%B1nliderl%C9%99rizirv%C9%99si/?viewAsMember=true
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb