KTN süni intelektə 10 milyon manat ayırdı - Ekspert isə "McKinsey & Company" ilə şübhəli anlaşmanın görünməyən tərəflərini təhlil edir
04-02-2025 [15:54]
"Kənd Təsərrüfatı Nazirliyi də süni intellekt tətbiq edəcək. Aqrar sektorun rəqəmsal transformasiya modelini McKinsey & Company hazırlayacaq. Süni intellekt əsaslı modellər hazırlayan qurumlarımıza daha birisi əlavə olunub. Kənd Təsərrüfatı Nazirliyimiz də süni intellekt əsaslı həllər hazırlamağı hədəfləyib".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.
Onun sözlərinə görə, nazirlik McKinsey & Company (Azerbaıjan) şirkətiylə 10 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb. Müqavilə bir mənbədən satınalma metodu əsasında imzalanıb:
"Layihə haqqında geniş məlumat verilməyib. Bildiyim qədər Nazirlik süni intellekt modelləri əsasında kənd təsərrüfatı məhsullarının, bütövlükdə aqrar sektorun inkişafının proqnozlaşdırılması sistemini hazırlamağı hədəfləyib.
Düşünmək olar ki, süni intellektlə Yerin müşahidəsi peyklərinin çəkdiyi görüntüləri analiz edərək kənd təsərrüfatı sahələrində məhsul vəziyyətini və gözlənilən məhsuldarlığı təyin etmək, monitorinqlər aparmaq, iqlim dəyişikliklərini nəzərə alaraq məhsuldarlıq proqnozlaşdırmaq, Aİ modellər hazırlamaq və s. nəzərdə tutulub".
Maraqlıdır, yetərli data olmadığı bir halda, bu tip modellər necə yaradılacaq?
Osman Gündüz təəssüflə bildirib ki, layihə haqqında heç bir əlavə məlumat tapmaq mümkün deyil: "Görünür ki, ölkədə süni intellektin inkişafına cavabdeh olan qurumların da bu layihə haqqında məıumatları yoxdur. Onların da açıqlamalarda bu haqda heç bir məlumata rast gəlmək mümkün deyil. Yeri gəlmişkən, hazırda diqqət cəlb edən məsələlərdən birisi odur ki süni intellekt sahəsində layihələrin reallaşmasında koordinasiya yox dərəcəsindədir".
Ekspert əlavə edib ki, ölkəmizdə İqtisadiyyat Nazirliyi tərəfindən süni intellekt ekosistemin inkişafı üçün böyük bir Superkompüter Mərkəzi qurulur: "Hamının bəhrələnməsi nəzərdə tutulub. Amma hamının, maraqlı tərəflərin, startap və innovasiya ekosistemin, elm və təhsil sektorunun, biznes və dövlət qurumlarının bu infrastrukturdan istifadəsini təşkil edəcək mexanizmlər, kordinasiya hələlik gözə dəymir. Superkompüter Mərkəzindən hamının effektiv istifadəsi üçün indidən münbit şərait yaradılması vacibdir.
Ümumiyyətlə, Kənd Təsəsrrüfatı Nazirliyində əvvəllər daha çox ictimai müzakirələr təşkil olunardı, maraqlı tərəflər cəlb olunardı və rəqəmsal transformasiya məsələləri müzakirə olunardı . Təsəvvür edin ki, rəqəmsal tarnsformasiya ilə əlaqəli 10 milyonluq bir layihə icra olunur, amma heç yerdə bu haqda məlumat yoxdur.
Mövcud rəqəmsal kənd təsərrüfatı sistemi də elə çoxdan qurulandır, elə bir yenilənmə aparılmayıb".
Samir Musayev
MİA.AZ
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb