Hikmət Hacıyev İranda - Nələr razılaşdırılıb? + FOTOLAR (Yenilənib)
02-02-2025 [16:05]
"Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıqlaşma var"
Mia.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev sosial media heabında yazıb.
Onun sözlərinə görə, Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr aparıb:
"Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu.
Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu”.
***
Prezidentin köməkçisi Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə Azərbaycanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“AR Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb. Görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb”, – Azərbaycanın Tehrandakı diplomatik missiyasının sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunmuşdu.
***
Prezidentin köməkçisi Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşündə ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
H.Hacıyev Azərbaycanın İranla bütün sahələrdə əlaqələri inkişaf etdirmək əzmində olduğunu bəyan edib.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərdə əsas məqam etimadın gücləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır.
H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq.
İran Prezidentinin müşaviri Mehdi Sənayi isə öz növbəsində bildirib ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdurlar.
Onun fikrincə, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır: "İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır".
M.Sənayi əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir: "Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur"(Report).
Ukrayna şam yeməyi, Aİ isə desert olacaq? - “Masada yer almayan menyuda yer alacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Direktor piyadanı vuraraq öldürdü
Lerik rayonunda zəlzələ olub
Qurban Qurbanov: "Bunlar futbolda yaşanan hallardır"
"Beşiktaş" yarımmüdafiəçisinin müqaviləsini uzadıb
Yevlaxda yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb
Sumqayıtda başqasına 95 min manat "atan" şəxs tutulub
Regionşünas keçmiş sədr AQTA sədrinin müşaviri təyin olunub
AMEA “Əziz Sancar fəxri diplomu” təsis edib
Hikmət Hacıyev: "Bu məhkəmə təcrübəsi gələcək hərbi təcavüzlər üçün mühüm presedent olacaq"
Azərbaycan neftinin qiyməti daha 2 dollar qalxdı
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenskini şantaj edən Tramp... - PUTİNİ NƏ GÖZLƏYİR?
Prezident İlham Əliyev qadınları təbrik edib - FOTO
"Qalatasaray" "Barselona"nın qapıçısı ilə maraqlanır
Türk güləşçi Rıza Kayaalp 4 il güləşdən uzaqlaşdırılıb
Arda Gülər "Real Madrid"dən ayrıla ola bilər
SURİYANIN MƏŞHUR ŞƏHƏRİNDƏ ÜSYAN BAŞLAYIB - Ordu mühasirədə qalan birliyə köməyə göndərildi, əsir alınanlar isə...(FOTOLAR)
Ağcabədidə “Azərişıq”a məxsus avtomobil aşıb
"Oleq Bakinski" yenidən hakim qarşısına çıxarıldı - Məhkəmə iclası
Avropa Liqası: 1/8 final mərhələsində 8 oyun keçirilib
Ceyhun Bayramov Ciddə şəhərinə yola düşüb
Zakir Həsənov əmr verdi, yeni layihələr hazırlanacaq
İsrail və HƏMAS rəsmiləri danşıqlara başlayıb
"Fənərbağça"nın müdafiəçisi zədələnib
"Beşiktaş"ın keçmiş hücumçusu futbolla vidalaşıb
Trampın Britaniya səfərinə etiraz... - London meri açıqladı
ABŞ və Ukrayna rəsmiləri gələn həftə görüşəcək - Ciddədə
Prezident İlham Əliyev sərəncam imzaladı
Cenk Tosun Yaponiyaya yollanır - Danışıqlar gedir
Trampın xüsusi nümayəndəsi ərəb ölkələrinin planını “xəyal” saydı: "Reallıq başqadır, biz..."
Sosial Müdafiə Fondundan pensiya ilə bağlı - Açıqlama
İsrail fələstinliləri "Əl-Əqsa" məscidinə buraxmır - Açıqlama
Həbs olunan ölkə prezidenti sərbəst buraxılıb
Nazir İH sədrinə müavin təyin edib - KTN-də növbəti dəyişiklik
Rəsmi Pekindən Trampa etiraz: "Qəzza fələstinlilərə məxsusdur"