Türkiyədə 24 şəhərdə İŞİD-ə qarşı əməliyyat: 100 nəfər saxlanılıb

img

28-01-2025 [09:40]


Türkiyədə 24 şəhərdə İŞİD terror qruplaşması üzvlərinə qarşı uğurlu əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, İstanbul və Ankara daxil olmaqla 24 şəhərdə eyni anda keçirilən əməliyyatlarda 100 şübhəli şəxs qandallanıb: "Onlar təşkilat üzvü olaraq, terror qruplaşmasına maliyyə yardımı, onun təbliğatı və sair cinayətlərdə ittiham olunurlar"

Nazir qeyd edib ki, əməliyyyatla maddi dəlillər də aşkarlanaraq götürülüb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR