Qurban Qurbanov “Qarabağ”da taktiki dəyişiklik edəcək? - Görünən dağ və ya açıq suallar...
27-01-2025 [14:38]
“Qarabag” Futbol Klubu (FK) yenə azarkeşlərini məyus elədi. Klub Avropa Liqası oyunları çərçivəsində ardıcıl 6 ev oyunudu ki, uduzur. Elə səfər oyunlarını da buna bənzər keçirib.
Keçən ilki anoloji oyunlar seriyasında bizlərə müəzzəm eyforiya yaşadan komandanın baş məşqçisi Qurban Qurbanov hazırkı situasiyanı “ugursuz seriya” adlandırır. Razıyam. Həmişə qələbə olmaz ki. Dünyanın məşhur bahalı klubları da bəzən sürprizcəsinə uduzur. Həm də nəzərə alsaq ki, “Qarabag” ən azından çalışır ki, var gücüylə oynasın, onda istər-istəməz elə məhz Qurbanovun ənənəvi olaraq səsləndirdiyi fikirlərə haqq verməli olursan: “Avropa standartları fərqlidi”.
Yəni, bizim futbol Avropa standartı ola bilmir. Çalışırıq, amma olmur. Təbii ki, mən azarkeşlərlə empati qururam və hər məğlubiyyətdən sonra onların emosiyasını anlayıram. Amma kaş Qurbanov və onun komandasındakı rahatlıq bizdə də olaydı və “Avropa bizlik deyil”, “Oyunçularımdan razıyam”, - deyib keçə biləydik.
Mən o gün stadionu yarıboş gördüm. Premyer Liqada “Qababağ”a baxmağa gələnlərin sayı ilə az qala eyni idi. Dedilər ki, 16 mindən yuxarı azarkeş olub stadionda. Amma mən bilirəm ki, oyuna bir gün qalmış biletləri klubun akademiyasının müdavimlərinə paylayırdılar. Stadion boş qalmasın deyə.
Azarkeş inanmadığı üçün gəlmədi. Gələnlər də növbəti dəfə məyus oldu. Kim nə deyisə desin, öz evində məğlubiyyətdən ağır hiss ola bilməz. Juninyo getdi, komanda zəiflədi, filan kimi düşüncələrə də girməyin, lütfən. Əvvəlki məğlubiyyətlərdə də Juninyo vardı, nə olsun? Biz Avropa standartı ola bimiriksə, azarkeşi ümidlərdirməyin mənası yoxdu, deyə düşünürəm. Təbii ki, bu, mənim subyektiv fikrimdi. Hər oyundan sonra şərh verməməyə çalışıram ki, reallığı görüm, tələsik nəticə çıxarmayım. Məsələn, Premyer Liqa oyunlarında “Qarabağ”ı ardıcıl izləyəndən sonra belə qərara gəlmişəm ki, Ağdam təmsilçilərinin Avropa məşqləri hələ çox davam edəcək. Biz pley-off mərhələsinə köklənən futbol yetişdirməmişik bu ölkədə.
Bəziləri iddia edir ki, əgər Avropa liqasında format dəyişikliyi olmasaydı, “Qarabağ”ın daha çox şansı ola bilərdi. Yəni, ən azından bir oyunda uduzub, cavab görüşündə xal ala bilərdi. Qurbanov isə format məsələsinin səbəb olmadığını çox yaxşı bilir.
Mənə həmişə təəccüblü gəlirdi ki, niyə Q.Qurbanov Avropa liqası oyunlarına çəkinərək yanaşır. Gözünü qorxudur. Hətta təslimçi əhvali-ruhiyyəyə köklənir. Rəqibi gözündə böyüdür. Bu çox mənfi psixoloji tendensiya deyilmi? Əvvəlcədən “onlar Avropa standartı görüblər, böyük stadionlarda, böyük azarkeş ordusu qarşısında oynayıblar, intizamlı və mütəşəkkil komandadır”, kimi fikirlərlə qələbə olarmı, sizcə? Rəqibi məğlub etməkçün əvvəlcə sən inan, sonra komandanı buna inandırmaq lazımdı, məncə.
Məgər tribunalarda azarkeş coşqusu olmayanda Avropa standartına uyğun futbol yarada bilmirik? Palçığın içində yetişən adamları gətirirsiniz ölkəyə “legioner” adıyla. Mənim xatirimdədi, bir ay bundan əvvəl Qurbanov stadionların süni ot örtüyündən də gileylənmişdi. Demişdi ki, bəzi stadionlarda (məsələn, ASCO Arena, Səbail – Z.M.) süni ot üzərində oynadığımız üçün sonra Avropa stadionlarına öyrəşə bilmirik. Mən onda utandım Qurbanova bir atalar məsəlini xatırladım: “gəlin oynaya bilmədi, dedi otaq əyridi”, deyə. Premyer Liqada mövsümün başa çatan birinci hissəsinə dair bundan sonrakı şərhimdə bu mövzuya bir daha göz atacam.
O gün mətbuat konfransında Qurbanovun dediyi sözlər çox düşündürücü idi: “Biz Avropa klubları ilə çox yaxşı oyunlar keçirdik, mən görürəm ki, komanda bu klublar ilə daha rahat oynayır. Bu ilki Avropa oyunları seriyasını yaxşı bitirmədik. Oturub mütləq bir nəticə çıxarmalıyıq. İllərdi biz hirsli futbol oynayırıq. Mən futbolçularımı həmişə öyrədirəm ki, cəsarətli olsunlar, istənilən rəqibə qarşı riskdən çəkinməsinlər. Onlar da mənim dediyimi edib. Sadəcə, bəzən hansısa oyunlarda ustalığımız çatışmır”.
Necə başa düşək, Qurbanov komandada taktiki dəyişiklikmi etməyə hazırlaşır? Özünün dediyi kimi, “hirsli oyun” əvəzinə, daha agıllı və məntiqli metodlardanmı istifadə edəcəklər?
Qurbanov və komandası taktika dəyişənə kimi Avropadan gələn qonaqlar bizi öz evimizdə məğlub etməyin sevincini yaşayır.
Qarşıda “Qarabağ”ın səfər oyunu da var. Kiminsə marağındadı sizcə?
Zülfiyyə Mustafayeva
MİA.AZ
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı