Qurban Qurbanov: “Əvvəllər bəxtə daha çox inanırdım” - VİDEO
27-01-2025 [13:58]
“Qarabağ” Futbol Klubu (FK) üçün Avropa liqası oyunları artıq bitdi. Bu seriyanı klub məğlubiyyətlə başa çatdırdı. Hərçənd qarşıda bir oyun da var, amma onun nəticəsi Ağdam klubu üçün heç nəyi dəyişmir.
Bəzən belə təsəvvür yaranır ki, Qurbanov üçün deyəsən, Avropa liqasının yalnız ilk mərhələsində oynamaq prioritet məsələ sayılır və o, hədəfini uzaq tutmaq istəmir.
Özü demişkən, təcrübə yığır. Bəzən deyirlər ki, yaxşı oyunçu olmayanda baş məşqçi heç nə edə bilməz.
Qurbanov Ağdam klubunun strateji strukturunun müəllifidi. Özünəməxsus taktika qurub və illərdi, avropalı mütəxəssislər onun komandasını hücuma meylli kimi xarakterizə edir. FCSB (Rumıniya) ilə oyunda bunu gördük.
Rəqib komandanın baş məşqçisi mətbuat konfransında dedi ki, onlar daha çox müdafiə strategiyasına söykəniblər. “Qarabağ”ın yalnız hücumda olacağını proqnoz ediblər. Məncə, Qurbanov da məhz hücuma əhəmiyyət verdiyi üçün müdafiə tərəfi boşluqda qaldı. Üstəlik standart vəziyyətlərdə qol imkanları buraxıldı.
FCSB-nin baş məşqçisinin “Bizim bəxtimiz gətirdi ki, “Qarabağ”a qalib gəldik”, - deməsi çox maraqlı idi. Onda “bəxti gətirməyən” “Qarabağ”ın baş məşqçisi Qurbanov indən belə bu bəxt söhbətinə inanaraqmı işini quracaq, yoxsa müdafiəsiz qalan müdafiəni gücləndirməyi düşünəcək?
Mia.az saytının əməkdaşının bununla bağlı sualına cavabında Qurbanov bildirib ki, bəxtə yox, çalışaraq qazanmağa inanır:
- Qurban müəllim, rəqib komandanın baş məşqçisi sizin komandanın oyununu çox təriflədi və öz komandasının qələbəsini bəxtə bağladı. Siz bəxtə inanırsınızmı və bu oyunun nəticələrini belə şərh etmək olarmı? Digər tərəfdən, sizin oyunda daha çox hücum elementləri çox idi və rəqib komandanın baş məşqçisi də vurğuladı ki, siz hücumda olan komandasınız. Onlar daha çox müdafiəyə meyllidi. Nə deyə bilərsiniz bu barədə? “Qarabağ”ın müdafiə tərəfini gələcəkdə gücləndirməyi düşünürsünüzmü?
- Bəlkə əvvəllər bəxtə daha çox inanırdım. Yeni başladığım vaxtlarda ğözləyirdim ki, bəxtimiz gətirər. Amma sonra anladım ki, ümumiyyətlə, daha işgüzar olmaq və əziyyət çəkmək lazımdı. Allah bunun qarşılığını verir. Bəxtdən daha çox uğur deyərdim mən buna. Müdafiəyə gəlincə, rəqib komandanın baş məşqçisi barəmizdə həqiqəti deyib. Biz hücumda idik, onlar əksinə, daha çox müdafiəyə meylli idi. Bizim müdafiə xəttində elə bir epizod olmadı ki, orada rəqibə uduzaq. Sadəcə, standart vəziyyətlərdə, müdafiədə oynayarkən məğlub olduq. Gələcəkdə təkcə müdafiə xəttini yox, hərtərəfli olaraq oyunu daha da yaxşılardırmağı düşünürəm.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı