BEYNƏLXALQ BANKIN BLOKLANAN KARTINDAN PUL OĞURLANIB: bank məsuliyyətdən yayınır! - Ekspert əhaliyə çağırış etdi
24-01-2025 [22:49]
Vətəndaşların bank kartlarından onlara məxsus vəsaitlərin oğurlanmasından da böyük bəla var. Vətəndaşdan icazəsiz ona kreditin verilməsi. Əgər birinci bəlada çempion “Kapital Bank”dırsa, ikincidə liderlik Azərbaycan Beynəlxalq Bankındadır (ABB).
Konkret misal.
Deməli, vətəndaş kibercinayətkarların qurbanı olmuşdur. Onun ABB Tamkart kredit kartından 10704.83 manat məbləğində kredit silinmişdir (özü də vətəndaşın ABB-yə verdiyi telefon nömrəsi üzrə deyil, onun başqa nömrəsi üzrə). Halbuki, vətəndaş son anda məsələni başa düşərək dərhal ABB ilə əlaqə saxlayıb kartının bloklanmasını istəmişdir. Sənədlərdən də görünr ki, saat 21:57:52-də bank kartı bloklamış, lakin 30 saniyə sonra, yəni saat 21:58:32-də vəsait silinmişdir.
Vətəndaş polisə və ABB-yə müraciətləri heç bir nəticə verməmişdir. Vətəndaşın özünü təqsirkar çıxarıblar ki, özün məlumatları kibercinayətkarlara vermisən. Halbuki, qeyd etdiyim kimi, vətəndaş son anda banka müraciət edib və kart bloklanıb. Bloklanmış kartdan vəsait necə silinə bilərdi axı?
Bu, onun göstəricisidir ki, ABB-nin müvafiq sistemləri bərbad haldadır. Buna görə də təqsirini boynuna almaq istəmir. Nədir-nədir, saytında Standart Şərtlər yerləşdirib və onun müştəri üçün məcburi olduğunu iddia edir. Halbuki, həmin sənədin xeyli müddəası sadəcə məsuliyyətdən yayınmaq alətidir, buna görə də etibarsızdır (Mülki Məcəllənin 419-420-ci maddələrinə əsasən)!
Necə olur ki, Milli Qəhrəman Hökumə Əliyevanın atasının kartından vəsait oğurlayanları polis tapa bildi, amma bloklanmış kartdan pul oğurlamış şəxsləri tapa bilmədi?
Təəssüf ki, məhkəmələrimiz də bu cür işlərdə birmənalı olaraq bankların, xüsusilə iri bankların tərəfini tutur. Bu iş üzrə də Nəsimi rayon məhkəməsi (hakim Ceyhun Tağıyev) və Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Məhəmməd Rüstəmli) vətəndaşın iddiasını rədd ediblər. Hazırda kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır (sərdlik edən Elşanə Vəliyeva).
İş hələ məhkəmədə olduğu üçün barəsində ətraflı yazmıram. Yekun qərar barədə ətraflı yazacağam. Çünki bu, vacib presedent olacaq. Əgər bloklanmış kartımızdan da vəsaitlər oğurlana bilərsə, işimizi bilək bizim bank sistemimizlə, xüsusilə ABB kimi bir bankla...
Əkrəm Həsənov
Hüquqşünas
MİA.AZ
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ