Saxlanılan prezidentin həbs müddətinin uzadılması tələbi rədd edilib

img

24-01-2025 [20:55]


Cənubi Koreyada 2024-cü il dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində prezident vəzifəsindən kənarlaşdırılan və yanvarın 19-da həbs edilən Yoon Suk Yeolun həbs müddətinin uzadılması tələbinə məhkəmə "yox" deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Yonhap rəsmi agentliyi məlumat yayıb.

Bildirilib ki, Seul Mərkəzi Dairə Məhkəməsi ittiham tərəfinin bu gün həbs tədbirinin uzadılmaı ilə bağlı tələbə baxıb və rədd edib: "Məhkəmə həbs müddətin fevralın 6-dək uzadılması üçün əsas olmadığı qənaətinə gəlib. Bu isə o deməkdir ki, prokurorluğun ölkə başçısını həbsdə saxlamaq zamanı tükənir. Üsətlik, prezident artıq ifadə verməkdən imtina etməyə başlayıb".

Məlumatda deyilir ki, yaxın günlərdə dövlət başçısı həbsdən buraxıla da bilər.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR