“Hərbi qulluqçuların statusu haqqında” və ilkin hərbçi çağırışla bağl qanunlar dəyişir - Nələr olacaq? (YENİLƏNİB)
23-01-2025 [16:11]
“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq.
Mia.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üzrə İş Planında əks olunub.
Qanun layihəsini parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi hazırlayacaq.
***
Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçən hərbi vəzifəlilər vətəndaşların hərbi qeydiyyat üzrə nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə görə məsuliyyətdən azad ediləcək.
Mia.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilməsi təklif olunur.
Dəyişiklik layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcək.
Layihə müzakirədən sonra Milli Məclisin plenar iclasına tpövsiyə edilib.
***
Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaq.
Mia.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Məcəlləyə təklif edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.
Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək (hazırda 80-150) məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək (hazırda 200-400) məbləğdə cərimə ediləcək.
Bundan başqa, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.
Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.
Həmçinin hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimə məbləği 50 manatdan 200 manata artırılır.
İXM-yə təklif olunan daha bir dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə cərimə məbləği 400 manatdan 600 manatadək (hazırda 200-300) artırılması nəzərdə tutulur.
Həmçinin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə isə 500 manatdan 700 manatadək (hazırda 250-350) cərimə olacaq.
***
Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır.
Mia.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək (hazırda 200-300) məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 (hazırda 400-600) manatadək məbləğdə cərimə ediləcək.
Bundan başqa, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 400 manatadək (hazırda 100-200) məbləğdə, hüquqi şəxslər 800 manatdan 1 000 manatadək (hazırda 300-500) məbləğdə cərimə ediləcək.
RƏSMİ MOSKVADAN TRAMPA AÇIQ MESAJ: "Yalnız bərabər şərtlərlə dialoqa hazırıq" - "Rusiya qarşı addımları cavabsız buraxmayacağıq"
Tibb Universiteti və klinikasının vergi borcları var
Biləsuvarda milyonlar hesabına başa gələn beton kanaldakı "körpü" götürüldü - Rəsmi reaksiya + VİDEO (YENİLƏNİB)
Pakistanın baş naziri Ərdoğana başsağlığı verib
Qəzzada dağıntılar altından 120 cəsəd çıxarılıb - Son 24 saatda
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İordan çayının qərb sahilində gərginlik: daha 27 nəfər tutulub
Eldəniz Mehrəliyev və Elnur Məmmədov saxlanılıb
Bu gün Bakı metropolitenində iş vaxtı uzadılacaq
Korrupsiya haqqında qanun dəyişir - DETALLAR (YENİLƏNİB)
“Hərbi qulluqçuların statusu haqqında” və ilkin hərbçi çağırışla bağl qanunlar dəyişir - Nələr olacaq? (YENİLƏNİB)
İsrailin Cen şəhərinə hücumu davam edir - İki nəfər güllələnib
Teleaparıcı Vüsalə bahalı evindən görüntü yayıb - VİDEO
GENERALA YENİ VƏZİFƏ VERİLDİ - MN-də dəyişiklik
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək - Şərtlər
Zahid Oruc: ”İsmayıllı-Nardaran-Gəncə-Söyüdlü” və sair protest enerjisini toplamaq üçün...”
Polkovnik Şahin Orucov vəzifədən çıxarıldı
Trampın ilk səfər edəcəyi ölkə bəlli olub - Səudiyyə vəliəhədinin zəngi vəziyyəti dəyişib
Əli Əsədov Samir Şərifovu Şura sədri təyin etdi
Türkiyə MN: “Qəzzadakı atəşkəsin daimi olmasına ümid edirk"
Türkiyəli general: “Suriya torpaqları azad edilərək əsl sahiblərinə verilməli və..."
MN: "Son bir həftədə 69 terrorçu zərərsizləşdirilib"
İki özəl ali təhsil müəssisəsi akkreditasiyadan keçib
Bakıda tarixi abidəyə müdaxilə olunub - FOTOLAR
Ağadadaş Ağayevin məhkəməsində şahidlər ifadə verib
Sabahın hava proqnozu açıqlandı
Leyla Əliyevadan bacısı ilə bağlı - Paylaşım
Müğənni Qumral reklam qiymətini açıqladı - 50 min + VİDEO
İlham Əliyev Ərdoğana zəng edib
İqtisad Universiteti Osman Gündüzə 6 min manat verəcək - Məqsəd
Nazir polkovniki vəzifədən azad edib
"Qalatasaray" hücumçuya yekun qiymət qoydu - 40 milyon avro!
Polis əməliyyatı: 36 kq narkotik vasitə aşkarlanıb
Dəmiryol Vağzalında işçini "tok" vurub
"Xumar Qədimova klipimi "yutub"dan sildirdi"
İrandan Azərbaycana 80 kq narkotik keçirmək istəyiblər
Keçmiş DİN başçısı Türkiyənin vitse-prezidenti postuna gətirilir - Fatih Portakal dəqiq tarix verdi, elə şeylər açdı ki...
DOST Mərkəzinin 962 396 manatlıq tenderi ləğv olunub
Azərbaycan neftinin qiyməti açıqlandı