Dəhşətli yanğında ailəsini də itirən "Hava yolları"nın işçisi son nəfəsində anasına zəng edib: "Haqqını halal elə"

img

22-01-2025 [14:10]


Türk Hava Yollarının (THY) əməkdaşı Zehra Sena Gültekin və 14 ailə üzvü ötən gün Boluda baş verənfdəhşətli otel yanğınında həyatları ilə vidalaşıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Zehra Səna Gültəkin son nəfəsində anasına zəng edib.

Məlumata görə, o, anasına əri və uşaqlarının öldüyünü, özünün də can üstə olduğunu deyib və hallalıq istəyib: "Haqqını halal elə"

Məlumatda deyilir ki, Səna Gültəkin məktəblərin tətili olduğu üçün həyat yoldaşı, 3 uşağı və 9 yaxın qohumları ilə birgə (ümumilikdə 14 nəfər - Mia.az) Boluya - Kartalkayaya gedib: "Onların hamısı xizək mərkəzindəki otel yanğınında yanaraq və ya tüstüdən boğularaq ölüblər..."

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR