Baş Prokurordfan saxta plastik cərrahlarla bağlı açıqlama: "Komissiya yaradılıb..."

img

20-01-2025 [10:50]


Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb.

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məsələ ilə bağlı konkret faktlar var:

"Bu faktlarla bağlı cinayət işi açılıb, istintaq davam edir. Belə halların bir daha baş verməməsi üçün Baş Prokurorluq aidiyyəti qurumlarla bağlı qabaqlayıcı tədbirlər görür. Bu sahədə problemlər araşdırılır və gələcəkdə baş verməməsi ilə bağlı tədbirlər görülür".


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:53 18.01.2025

Hakan Fidan Bakıya gəlib