Eldar Əzizov, Taleh Qaraşov, İlqar Abbasov, Abdin Fərzəliyev, Süleyman Mikayılov... - Onlar kreslodan elə yapışıblar ki...
09-01-2025 [13:03]
Cəmiyyətin diqqət mərkəzində olan məsələlərdən biri də şəhər və rayonlara təyin olunan icra başçılarının fəaliyyətidir.
İndiyə qədər ölkənin rayon və şəhərlərinə çoxsaylı icra başçıları təyin edilib. Yeni təyinatlar içərisində isə gənc kadrlar üstünlük təşkil edir. Bununla belə, 20 il və daha çox olmaqla uzun müddət bu vəzifədə çalışan məmurların sayı da az deyil.
Mia.az Bizim.Media-ya istinadla 20 il və daha çox olmaqla icra başçısı vəzifəsində işləyən məmurların siyahısını təqdim edir.
Eyvaz Hüseynov
Ən stajlı icra başçısı Eyvaz Hüseynovdur. 2 iyul 1992-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Artıq 33 ildir ki, bu vəzifəni daşıyır. Birinci Qarabağ müharibəsi veteranıdır.
Adil Məmmədov
Adil Məmmədov artıq 31 ilə yaxındır ki, icra başçısı işləyir. O, 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı olub. 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. İndi də bu vəzifədədir.
Novruz Novruzov
N.Novruzov ən uzun ömürlü icra başçıları sırasında üçüncü yeri tutur. O artıq 30 ilə yaxındır müxtəlif rayonlarda icra başçısı olaraq çalışır. 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. 2019-cu ilin aprelin 5-dən isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı olaraq çalışır.
Taleh Qaraşov
1996-2002-ci illərdə Kürdəmir rayon, 2002-2006-cı illərdə Cəlilabad rayon, 2006-2011-ci illərdə Neftçala rayon, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2012-ci ilin aprelin 14-dən üzü bəri Lənkəran şəhər İcra hakimiyyətinin başçısıdır.
Eldar Əzizov
2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon, 2003–2011-ci illərdə Gəncə şəhər, 2011–2015-ci illərdə Sumqayıt şəhər, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 16 iyul 2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. 15 noyabr 2018-ci il isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
Şahmar Usubov
2000-ci ilin dekabrın 21-dən bəri Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.
Malik İsaqov
08.09.2001-ci ildə Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilib və 24 ildən çoxdur ki bu vəzifəni icra edir.
Abdin Fərzəliyev
2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Daha sonra, 2005-ci ilin dekabr ayından 19 yanvar 2022-ci il tarixədək Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb. Son olaraq, 19 yanvar 2022-ci ildə Abşeron rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib.
Süleyman Mikayılov
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 2010-cu ildən bu rayona rəhbərlik edir. Ona qədər isə qısa müddətdə, 2005-ci ilin 13 mayından 21 dekabrına qədər Yardımlı rayonunda icra başçısı işləyib. 2005-2010-cu illərdə isə Lənkəran şəhərinə rəhbərlik edib.
Vidadi İsayev
O, 20 ildir ki, icra başçısı kimi iş təcrübəsinə malikdir. Bərdə rayon İcra Hakimiyyətinin başçısı V. İsayev 2011-ci ildən bu rayona rəhbərlik edir. Vidadi İsayev 2011-ci ilə qədər isə Tərtər (2005-2011) rayonunun icra başçısı olub.
Zakir Fərəcov
O, 2005-2015-ci illərdə Abşeron rayonunda icra başçısı vəzifəsində çalışıb. 2015-ci ildən üzü bəri isə Sumqayıta rəhbərlik edir.
İlqar Abbasov
İ. Abbasov 2019-cu ildən Şirvanın icra başçısıdır. O, buna qədər Nərimanov (2004-2005) və Suraxanı (2005-2019) rayonunda icra başçısı vəzifəsində işləyib.
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var