Eldar Əzizov, Taleh Qaraşov, İlqar Abbasov, Abdin Fərzəliyev, Süleyman Mikayılov... - Onlar kreslodan elə yapışıblar ki...
09-01-2025 [13:03]
Cəmiyyətin diqqət mərkəzində olan məsələlərdən biri də şəhər və rayonlara təyin olunan icra başçılarının fəaliyyətidir.
İndiyə qədər ölkənin rayon və şəhərlərinə çoxsaylı icra başçıları təyin edilib. Yeni təyinatlar içərisində isə gənc kadrlar üstünlük təşkil edir. Bununla belə, 20 il və daha çox olmaqla uzun müddət bu vəzifədə çalışan məmurların sayı da az deyil.
Mia.az Bizim.Media-ya istinadla 20 il və daha çox olmaqla icra başçısı vəzifəsində işləyən məmurların siyahısını təqdim edir.
Eyvaz Hüseynov
Ən stajlı icra başçısı Eyvaz Hüseynovdur. 2 iyul 1992-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Artıq 33 ildir ki, bu vəzifəni daşıyır. Birinci Qarabağ müharibəsi veteranıdır.
Adil Məmmədov
Adil Məmmədov artıq 31 ilə yaxındır ki, icra başçısı işləyir. O, 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı olub. 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. İndi də bu vəzifədədir.
Novruz Novruzov
N.Novruzov ən uzun ömürlü icra başçıları sırasında üçüncü yeri tutur. O artıq 30 ilə yaxındır müxtəlif rayonlarda icra başçısı olaraq çalışır. 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. 2019-cu ilin aprelin 5-dən isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı olaraq çalışır.
Taleh Qaraşov
1996-2002-ci illərdə Kürdəmir rayon, 2002-2006-cı illərdə Cəlilabad rayon, 2006-2011-ci illərdə Neftçala rayon, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2012-ci ilin aprelin 14-dən üzü bəri Lənkəran şəhər İcra hakimiyyətinin başçısıdır.
Eldar Əzizov
2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon, 2003–2011-ci illərdə Gəncə şəhər, 2011–2015-ci illərdə Sumqayıt şəhər, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 16 iyul 2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. 15 noyabr 2018-ci il isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
Şahmar Usubov
2000-ci ilin dekabrın 21-dən bəri Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.
Malik İsaqov
08.09.2001-ci ildə Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilib və 24 ildən çoxdur ki bu vəzifəni icra edir.
Abdin Fərzəliyev
2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Daha sonra, 2005-ci ilin dekabr ayından 19 yanvar 2022-ci il tarixədək Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb. Son olaraq, 19 yanvar 2022-ci ildə Abşeron rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib.
Süleyman Mikayılov
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 2010-cu ildən bu rayona rəhbərlik edir. Ona qədər isə qısa müddətdə, 2005-ci ilin 13 mayından 21 dekabrına qədər Yardımlı rayonunda icra başçısı işləyib. 2005-2010-cu illərdə isə Lənkəran şəhərinə rəhbərlik edib.
Vidadi İsayev
O, 20 ildir ki, icra başçısı kimi iş təcrübəsinə malikdir. Bərdə rayon İcra Hakimiyyətinin başçısı V. İsayev 2011-ci ildən bu rayona rəhbərlik edir. Vidadi İsayev 2011-ci ilə qədər isə Tərtər (2005-2011) rayonunun icra başçısı olub.
Zakir Fərəcov
O, 2005-2015-ci illərdə Abşeron rayonunda icra başçısı vəzifəsində çalışıb. 2015-ci ildən üzü bəri isə Sumqayıta rəhbərlik edir.
İlqar Abbasov
İ. Abbasov 2019-cu ildən Şirvanın icra başçısıdır. O, buna qədər Nərimanov (2004-2005) və Suraxanı (2005-2019) rayonunda icra başçısı vəzifəsində işləyib.
Türkiyə kuboku: "Fənərbağça" rəqibini devirdi
Türkiyə neft hasilatını artırıb - Nazir maraqlı statistika açıqladı
İranda həbs olunan İsveçrə vətəndaşı intihar edib, yoxsa....? - Casusluq ittihamı ilə tutulmuşdu
Türkiyədə yanacaq maşını ilə minik avtomobili toqquşub - 3 nəfər hadisə yerində ölüb
Ağ Ev: "Bayden İtaliyaya səfərini ləğv edib"
Türkiyədə kriminal dəstələri silahla təmin edən 17 nəfər saxlanılıb
Şüvəlanda narkotik vasitələrin "qəbul evi" aşkarlandı - FOTOLAR
Azərbaycan Kubokunun finalı Sumqayıtda keçiriləcək
AHİK sədri özünə daha bir müşavir götürdü - Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb?
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim... - Qərar verildi
Regional Təhsil İdarəsinin 18 əməkdaşı işdən çıxarılıb
Deputat: "Bunlar normal görüntülər deyil"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Türkiyənin məşhurlarının daşınmaz əmlakları kül oldu - SİYAHI
Baş qərargah rəisi Livanın yeni prezidenti oldu
Ali Məhkəmənin keçmiş üzvü tutulub - FETÖ ittihamı ilə
Qəzzada bombardman: ata və 3 uşağı həlak olub
"Optimal Electronika" cəzalandırılıb
İlyas İsmayılov reanimasiyaya yerləşdirilib: "Bir aya yaxındır..."
Qubadlıda yük avtomobili aşıb
HƏMAS-dan Trampın “Girovları azad edin, yoxsa qiyamət qopacaq" təhdidinə cavab: "Daha..."
Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görüldü
İlqar Mustafayevlə bağlı daha bir qərar verildi
İctimai fəala ağır cəza kəsilib
Həqiqi hərbi xidmətdən tərxislə bağlı yeni mexanizm hazırlanır
Qəzzada zorlama: hər iki tərəf bir-birini ittiham edir - BMT rəsmisini tələbinə isə "yox" deyilib
Bir zamanlar ən çox maaş alan futbolçu indi yoxsul yaşayır - "Cəmi bir aya çatacaq yemək pulu qalıb"
İordan çayının qərb sahilində daha 48 fələstinlini həbs edilib
Eldar Əzizov, Taleh Qaraşov, İlqar Abbasov, Abdin Fərzəliyev, Süleyman Mikayılov... - Onlar kreslodan elə yapışıblar ki...
Meksika lideri Trampa yumorla cavab verdi: "Gəlin Şimali Amerikaya Meksika Amerikası deyək"
DİM növbəti imtahan keçirəcək
Bu gün Ərdoğanla Baxçalı görüşəcək
3 partiya birləşir - "Yeni yol"un sədri kim olacaq?
Azərbaycan İdman Akademiyasında KÜTLƏVİ İXTİSAR: 100-ə yaxın işçi vəzifədən azad edilib
Azərbaycan nefti bahalaşdı
İşgəncə cinayəti: ata və oğlu tutulub
İsrail Qəzzaya zərbə endirdi: ən azı 5 nəfər həyatını itirib
Blinken: "Qəzzada atəşkəsə çox yaxınıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XİN sözçüsü Mirzoyana cavab verib: "Bu, tarixi faktdır"